Icma.az
close
up
RU
Qardaşlıq və siyasi iradə ŞƏRH

Qardaşlıq və siyasi iradə ŞƏRH

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin 6 aprel 2026-cı il tarixində Gürcüstana reallaşdırdığı dövlət səfəri, regionun geopolitik mənzərəsi və iki qardaş ölkə arasındakı strateji müttəfiqlik baxımından tarixi bir addım kimi qiymətləndirilir. Tbilisidə keçirilən görüşlərdən sonra dövlət başçısının mətbuata verdiyi bəyanat həm ikitərəfli əlaqələrin gələcəyi, həm də Cənubi Qafqazda dayanıqlı sülhün formalaşması üçün mühüm mesajlarla zəngin olmuşdur.
Gürcüstanda yüksək səviyyədə qarşılanan dövlət başçısı Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Prezident Mixeil Kavelaşvili ilə keçirdiyi görüşlərdən sonra mətbuata geniş bəyanatla çıxış etdi. Bu bəyanat təkcə iqtisadi əməkdaşlığı deyil, həm də regionun təhlükəsizlik arxitekturasını əhatə edən strateji yol xəritəsi xarakteri daşıyırdı.
Cənab İlham Əliyev öz çıxışında Azərbaycan və Gürcüstanın hər zaman bir-birinin yanında olduğunu xüsusi vurğuladı. O qeyd etdi ki, bu səfər iki qardaş ölkə arasındakı münasibətlərə yeni bir impuls verəcəkdir. Dövlət başçısı bildirdi ki, bu gün müzakirə etdiyimiz məsələlər bir daha göstərir ki, Azərbaycan və Gürcüstan, hər zaman olduğu kimi, bir yerdədir və bir-birinin milli maraqlarını qətiyyətlə dəstəkləyir.
Bəyanatın iqtisadi hissəsi xüsusilə diqqətçəkən idi. Möhtərəm Prezidentimiz yeni investisiya layihələrindən bəhs edərək, əməkdaşlığın miqyasının genişləndiyini qeyd etdi.
Azərbaycan və Gürcüstan artıq təkcə öz daxillərində deyil, gələcəkdə üçüncü ölkələrdə də birgə investisiya layihələri həyata keçirməyi nəzərdən keçirirlər. Orta Dəhliz və enerji təhlükəsizliyi məsələləri gündəmin əsas sütunu olaraq qaldı. Bakı-Tbilisi-Qars dəmir yolu və Xəzər dənizindən Avropaya uzanan enerji xətlərinin səmərəliliyinin artırılması təsdiqləndi.
Cənab Prezidentin bəyanatındakı ən sensasiyalı və mühüm məqamlardan biri Azərbaycan və Ermənistan arasındakı sülh prosesi ilə bağlı idi. İlham Əliyev cənabları sülhün yalnız kağız üzərində deyil, əməli addımlarla möhkəmlənməli olduğunu bildirdi. Gürcüstanın vasitəçilik rolunu Prezidentimiz Gürcüstanın sülh prosesindəki konstruktiv rolunu yüksək qiymətləndirdi.
Dövlət başçısı diqqətə çatdırdı ki, hazırda Azərbaycan və Ermənistan arasında ticarət əməliyyatları məhz Gürcüstan vasitəsilə həyata keçirilir. Bu, regionda iqtisadi reinteqrasiyanın başladığının və Gürcüstanın bu prosesdə əsas qovşaq olduğunun rəsmi təsdiqi kimi qəbul edildi.
Görüşdə regional təhlükəsizlik məsələləri də ətraflı müzakirə olunub. Prezident İlham Əliyev vurğuladı ki, Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi üçün kənar müdaxilələrə deyil, regional əməkdaşlığa ehtiyac var. Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı dəstək bir daha bəyan edildi.
Prezident İlham Əliyevin 6 aprel 2026-cı il tarixli Tbilisi bəyanatı Azərbaycanın xarici siyasətində Gürcüstanın nə dərəcədə strateji bir tərəfdaş olduğunu bir daha sübut etdi. Xüsusilə Ermənistanla ticarət əlaqələrinin Gürcüstan üzərindən qurulması barədə verilən mesaj, regionda "Böyük Sülh"ün iqtisadi təməllər üzərində yüksəldiyini göstərir.
Bu səfər, Cənubi Qafqazın rifahı üçün Azərbaycan-Gürcüstan ittifaqının əvəzolunmaz olduğunu bütün dünyaya nümayiş etdirdi.
Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Aprel 2026 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see375

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see324

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see265

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see264

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see258

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see247

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see240

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see223

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see207

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see202

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see193

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see192

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see190

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see187

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see186

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see181

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see177

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see172

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see171

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri