Qarın bitməyən fəsadları Sürüşmə zonaları aktivləşir VİDEO
Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Əvvəli gözəl olsa da, sonrası bəzən yaxşı olmur.
Adalet.az Xəzər TV-yə istinadən bildirir ki, söhbət bir neçə gündür ölkə ərazisində yağan qardan gedir.
Geoloqlar deyir ki, gözəlliyi ilə göz qamaşdırsa da, əridikdən sonra qarın bəzi fəsadları olur. Əsas da qarın tədricən əriyib torpaq qatlarına qarışmasıdır ki, bu da sürüşmə zonalarında aktivliyi artıra bilər.
Geoloq Ənvər Əliyev deyir ki, paytaxtın bəzi sürüşmə zonalarında qardan sonra sürüşmə proseslərində aktivlik müşahidə oluna bilər. Onun sözlərinə görə, qar yağıntısının yaratdığı sürüşmə, yağışla müqayisədə daha təhlükəli olur.
Ənvər Əliyev bildirib ki, bölgələrdə də qarın bol yağması həmin ərazilər üzrə də sürüşmə sahələrini aktivləşdirə bilər. Xüsusən də meşə ətrafı ərazilərdə.
Onun sözlərinə görə, qarın sürüşmə kimi fəsadları olsa da, torpağa faydası çoxdur. Yağış suları torpağın üst qatı ilə getdiyi halda qarın tədricən hopması torpağın münbitliyini artırır.
Daha ətraflı videomaterialı təqdim edirik.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 25 Fevral 2025 08:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















