Qarlı meşədə günlərlə itkin düşən 6 yaşlı uşaq tapıldı
Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-ın Kentukki ştatında xilasedicilər qarlı meşədə bir neçə gün tək qalan altı yaşlı Roman Heylmanı sağ tapıblar.
Bu barədə noyabrın 3-də “Metro” nəşri məlumat yayıb.
Autizm diaqnozu qoyulmuş uşaq noyabrın 1-də evdən çıxıb və geri qayıtmayıb. Onun axtarışlarına yüzlərlə könüllü cəlb olunub. Axtarış zamanı dronlardan, helikopterlərdən və atlardan istifadə edilib.
Uşaq noyabrın 3-də səhər saatlarında evdən təxminən 2,4 kilometr aralıda aşkarlanıb. Könüllü atlılardan birinin sözlərinə görə, Roman özü kolluqların arasından çıxaraq cığırın üzərinə gəlib. Onun yanında bütün bu müddət ərzində uşağı tək qoymayan balaca bir it də olub.
Uşağın bədənində tikanlı kollardan yaranmış cızıqlar olsa da, ümumi vəziyyəti yaxşı qiymətləndirilib.
Qeyd edək ki, axtarışlar zamanı meşədə Romanın gödəkçəsi, şalvarı və uşaq bezləri də tapılmışdı. Onu aşkar edəndə isə üzərində heç bir geyim olmayıb.
Xilas edildikdən sonra uşaq tibbi müayinə üçün həkimlərə təhvil verilib. İlkin məlumata görə, onun vəziyyəti qənaətbəxş olub, yalnız yüngül susuzlaşma müşahidə edilib.
Post navigation
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 04 Noyabr 2026 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















