Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

​Qarpız alarkən diqqətli olun Ekspertdən XƏBƏRDALIQ

​Qarpız alarkən diqqətli olun Ekspertdən XƏBƏRDALIQ

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Yay mövsümünün başlaması ilə bazar və marketlərdə qarpız satışının erkən başlaması istehlakçılar arasında müxtəlif narahatlıqlar yaradıb. Xüsusilə iyun ayından satışa çıxarılan qarpızların tərkibində nitrat və digər kimyəvi maddələrin normadan artıq olub-olmaması geniş müzakirə olunur. 

Erkən yetişən qarpızın təbii olub-olmadığını necə müəyyən etmək mümkündür və alarkən hansı əlamətlərə diqqət yetirilməlidir? Ümumiyyətlə, yay aylarında qarpız seçərkən istehlakçılar hansı qaydalara əməl etməlidirlər?

Mövzu ilə bağlı “AzPolitika”ya danışan Azərbaycan Mütəxəssislər Assosiasiyasının İdarə Heyətinin üzvü, qida məsələləri üzrə baş mütəxəssis Ağa Salamov bildirib ki, müasir aqrotexniki üsullar və istixana şəraitinin inkişafı sayəsində qarpızın əvvəlki illərlə müqayisədə daha erkən yetişdirilməsi mümkün olub.

Onun sözlərinə görə, artıq ötən aydan etibarən istixanalarda yetişdirilən qarpızların satışa çıxarıldığı müşahidə etdik və mövsümün əvvəlində olduğu kimi, bu məhsullar daha yüksək qiymətlə təklif olundu: “Bazara çıxarılan bütün qarpızların nitrat səviyyəsinin yüksək olduğunu iddia etmək düzgün deyil. Heç kim dəqiq deyə bilməz ki, satışda olan bütün qarpızlarda nitrat normadan artıqdır və ya onların hamısında azot gübrəsindən həddindən artıq istifadə olunub. Lakin bəzi hallarda fermerlərin aqrotexniki qaydalara düzgün əməl etməməsi, xüsusilə də azot gübrəsinin normadan artıq tətbiqi qarpızda nitratın səviyyəsinin yüksəlməsinə səbəb olur. Bu isə istehlakçılar üçün qida zəhərlənməsi riskini artırır.”


A.Salamovun sözlərinə görə, nitratın normadan artıq olduğu qarpızı zahiri görünüşünə əsasən müəyyən etmək olduqca çətindir. Bununla belə, məhsulun təbii yetişdiyini göstərən bəzi əlamətlər mövcuddur: “Öz mövsümündə yetişən qarpızların torpaqla təmasda olan alt hissəsində adətən sarımtıl ləkə görünür. Bu, məhsulun təbii şəraitdə yetişdiyini göstərən əlamətlərdən biridir. Ancaq bu, həmin qarpızda nitratın normadan artıq olmadığını tam şəkildə sübut etmir. Çünki fermer azot gübrəsini normadan artıq da verə bilər, yaxud bütün aqrotexniki qaydalara əməl edərək məhsulu təhlükəsiz şəkildə yetişdirə bilər. Bunu zahiri görünüşə əsasən müəyyənləşdirmək mümkün deyil.”

Ekspert vurğulayıb ki, qarpızın keyfiyyəti təkcə becərilmə mərhələsindən deyil, saxlanma şəraitindən də asılıdır: “Günəş şüaları altında uzun müddət saxlanılan qarpızlarda məhsulun kimyəvi tərkibi dəyişə bilər. Yüksək temperaturun təsiri nəticəsində qarpızın tərkibindəki şəkərlər parçalanır, məhsulun kimyəvi tərkibində dəyişiklik baş verir, qıcqırma prosesi sürətlənir və turşulaşma yaranır. Bütün bunlar isə qida zəhərlənməsinə səbəb ola bilər.”

A.Salamov istehlakçılara qarpız alarkən satış şəraitinə xüsusi diqqət yetirməyi tövsiyə edib: “Mümkün qədər günəş şüaları altında uzun müddət saxlanılan qarpızlardan uzaq durmaq lazımdır. Məhsulu kölgəlikdə saxlanılan satış məntəqələrindən, eləcə də marketlər kimi qapalı və uyğun temperatur şəraiti olan yerlərdən almaq daha məqsədəuyğundur.”

Oğuz Ayvaz

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 İyul 2026 23:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri