Icma.az
close
up
RU
Qarpız alarkən bu məqamlara DİQQƏT Ekspertdən XƏBƏRDARLIQ

Qarpız alarkən bu məqamlara DİQQƏT Ekspertdən XƏBƏRDARLIQ

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Yay mövsümündə qarpıza tələbat artsa da, bu meyvənin düzgün şəraitdə saxlanılmaması və vaxtından əvvəl istehlakı sağlamlıq üçün təhlükə yarada bilər.

BAKU.WS xəbər verir ki, mütəxəssislər xüsusilə erkən yetişmiş və yolkənarı şəraitdə satılan qarpızların istehlakına qarşı ehtiyatlı olmağı tövsiyə edirlər.

Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova BAKU.WS-ə bildirib ki, qarpızın Azərbaycanda yetişməsi üçün uyğun dövr iyulun ortalarından – təxminən iyulun 15-dən başlayaraq avqust ayı ərzindəki müddətdir. Məhz bu dövrdə yetişən yerli qarpızların istehlakı daha təhlükəsiz hesab olunur:

"Qarpız alarkən onu birbaşa Günəş şüalarına məruz qalmayan yerlərdən almaq lazımdır. Ümumiyyətlə, meyvənin gün altında satılması tövsiyə olunmur. Əgər yol kənarında satılırsa, bu, üzəri örtülü və istilik keçirməyən şəraitdə, yəni bağlı maşınlarda həyata keçirilməlidir. Təəssüf ki, bəzi hallarda yol kənarında rəsmi təsdiqi olmayan, nəzarətsiz satışlara rast gəlinir ki, bu da risk yaradır".

O həmçinin əlavə edib ki, bəzi qarpızlar xarici ölkələrdən gətirilir və onların tərkibində allergik reaksiyalara səbəb ola biləcək maddələr ola bilər. Buna görə də belə qarpızların azyaşlı uşaqlara və xroniki xəstəlikləri olan şəxslərə verilməsi məsləhət görülmür:

"Qarpızın kəsilməsi zamanı da gigiyenik qaydalara əməl olunmalıdır. Mütəxəssis bildirir ki, qarpız əvvəlcə yaxşıca yuyulmalı, daha sonra kəsilməlidir. Kəsildikdən sonra isə otaq temperaturunda maksimum 2 saat saxlanmalı, soyuducuda isə +4 dərəcə şəraitdə cəmi 1 gün ərzində istifadə olunmalıdır.

Qarpız seçərkən onun saplağının quru, səthindəki naxışların isə səliqəli və təbii olması da keyfiyyət göstəricisidir."

Qeyd edək ki, Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, son iki ayda mərkəzin Toksikologiya şöbəsinə qarpızdan zəhərlənmə diaqnozu ilə 8 nəfər müraciət edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 İyun 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see452

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see280

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see278

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see265

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see257

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see251

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see250

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see235

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see233

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see221

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see220

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see220

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see218

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see218

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see217

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see211

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see207

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see201

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri