Icma.az
close
up
RU
Qarpız və yemişi qətiyyən bunlarla yemək olmaz XƏBƏRDARLIQ

Qarpız və yemişi qətiyyən bunlarla yemək olmaz XƏBƏRDARLIQ

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

İsti mövsümdə qarpızın şirin şirəsindən və yemişin incə dadından imtina etmək çətindir. Bu meyvələr yalnız sərinlik bəxş etmir, həm də orqanizmi su, vitamin və minerallarla təmin edir.

Lakin qastroenteroloqlar xatırladır: hamı onların digər məhsullarla necə düzgün uyğunlaşdırıldığını bilmir və məhz bu səbəbdən həzm problemləri tez-tez ortaya çıxır. 

Bu mövzu ilə bağlı məlumatları Lent.az təqdim edir:

Nədən uzaq durmaq lazımdır

Qarpız və yemişi süd və süd məhsulları süd, kefir, yoqurt və ya kəsmiklə birlikdə yemək məsləhət deyil. Bu qarışım köp, mədə yanması, ağırlıq və hətta ishala səbəb ola bilər. Çörək, sıyıq və ya un məmulatları ilə də uyğun gəlmir: şəkər və lif həzmi ləngidir, bu isə dolğunluq və narahatlıq hissi yaradır. Alkoqolla, xüsusilə də güclü içkilərlə birlikdə qəbul edilərsə, qarpız və yemiş mədə-bağırsaq sistemində uzunmüddətli pozuntuya səbəb ola bilər, çünki bu halda qaraciyər və mədəaltı vəziyə yük xeyli artır. Yağlı, qızardılmış, duzlu yeməklərdən, yumurta, ət və ya balıqdan sonra yemək də tövsiyə olunmur mədədə qıcqırma başlayaraq gəyirmə və ağırlıq yarada bilər.

Yeyilmə vaxtı və üsulu

Dietoloqlar qarpız və yemişi digər məhsullardan ayrı yeməyi məsləhət görürlər. Ən yaxşısı yeməkdən 1,5-2 saat əvvəl və ya eyni müddət keçdikdən sonra yeməkdir. Ən uyğun vaxt isə günorta saatlarıdır, çünki bu zaman mədənin ferment aktivliyi ən yüksək səviyyədə olur və orqanizm fruktozanı daha tez həzm edir.

Niyə bu vacibdir?

Qarpız və yemişin tərkibində çoxlu miqdarda su (90–92%-ə qədər), təbii şəkərlər və lif var. Onların ağır qidalar və ya zülallarla düzgün olmayan şəkildə birləşdirilməsi həzm müddətini uzadır, bu isə qıcqırma və qaz əmələ gəlməsi üçün şərait yaradır. Bundan əlavə, artıq şəkər miqdarı bu halda həssas mədə-bağırsaq sistemi və ya qastritə meylli insanlarda problemləri daha da artırır.

Düzgün istifadə zamanı faydaları

Sadə qaydalara əməl olunduqda qarpız artıq mayeni bədəndən yumşaq şəkildə çıxarmağa kömək edir, yemiş isə orqanizmi silisium, maqnezium və C vitamini ilə təmin edir. Hər iki meyvə böyrəklər, dəri və ürək-damar sistemi üçün faydalıdır, yüngül şirinliyi isə fiqura zərər vermədən desert istəyini qarşılayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://lent.az
archiveBu xəbər 15 Avqust 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see252

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see239

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see218

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see150

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see142

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see142

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see141

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see137

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see136

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri