Icma.az
close
up
RU
“Qarşı tərəf bunu açıq şəkildə təkzib etməlidir” Video

“Qarşı tərəf bunu açıq şəkildə təkzib etməlidir” Video

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Susmağımın ən böyük səbəbi hər şeyi qanuna həvalə etməyim idi. Artıq apellyasiya məhkəməsində də qalibik”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə “Öz aramızda” proqramında qonaq olarkən bildirib. 

Uzun illərdir aparıcı Xoşqədəm Hidayətqızı ilə aralarında məhkəmə işi gedən ifaçı bildirib ki, hazırda qarşı tərəfin hər şeyi təkzib etməsi gözlənilir: “Amma müxtəlif variantlarla, ünvan dəyişikliyi və digər yollarla qaçınmalar olur. Artıq istədiyimiz məqamlar ortaya çıxsa da, iş prosesi uzanır. Yenə də vəkilim təkzibin yerinə yetirilmədiyi üçün bu işlə bağlı bir daha müraciətlər edir və qanuni tələblərini təqdim edir. Mən düşünürəm ki, belə halların qanunlarımızla ziddiyyət təşkil etməsi mümkün deyil. Yenə də deyirəm, öz dövlətimin qanunlarına inanıram.

Mən nə baş verməsindən asılı olmayaraq, bütün məhkəmələri dövlətimin qanunları ilə udmuşam. Yalnız bir məsələ qalıb: qarşı tərəf bunu açıq şəkildə təkzib etməlidir. Amma məsələ uzadılır, qarışdırılır, sanki mənim bunu qəbul edəcəyim düşünülür. Heç vaxt! Çünki mən haqlı olduqca, haqqımı tələb edəcəyəm. Bununla da dəfələrlə sübut edəcəyəm ki, Azərbaycan dövlətinin qanunları həmişə aşkar və ədalətli olub və məhz həmin qanunlara əsasən bütün məhkəmələrdə qərarlar çıxarılıb”.

A.Əlizadə onu da qeyd edib ki, 5 ildə cəmi iki dəfə bu barədə danışıb: “Sonradan “təkzib” kimi təqdim olunan videoçarxa baxanda çox gülməyim gəldi. Çünki sanki istehza ilə hazırlanmış bir təkzib idi. Mənim hər gün efirim yoxdur ki, çıxıb danışım. Bu 5 ildə ikinci dəfədir ki, çıxıb nələrisə deyirəm. Çünki mən susduqca, abrımı qoruduqca baxıram ki, daha da üstümə gəlinir. Mənə vəkilim də, dostlarım da deyirdi ki, sus. Çünki cavab verdikcə söhbət daha da böyüyəcək. Susduqca da məsələ çox uzandı. Susmağıma çox peşmanam. Çünki bununla məni tamaşaçıların gözündə günahkar çıxardılar. 

Qarşı tərəfin, adı mənimlə hallanan bəyin öz həyat yoldaşından başqa, elə mənim vaxtdan sevdiyi qadın olub. Ondan iki uşağı da var. Bildiyim qədər o qadın sadə həyat yaşayan biridir və adı da Ayseldir. Bunlar efirdə səsləndirilməyib”.

Qeyd edək ki, 2019-cu ildə “Səni Axtarıram” verilişində qonaq olan Turanə Nəcəfova adlı qadın Aysel Əlizadəni keçmiş əri ilə münasibətdə ittiham edib. Söhbət zamanı Xoşqədəm Hidayətqızının müğənni haqda səsləndirdiyi fikirlər onlar arasında qalmaqala səbəb olub. A. Əlizadə X.Hidayətqızı və T.Nəcəfovanın sözlərinin şərəf və ləyaqətinə xələl gətirdiyini əsas göstərərək təzminat iddiası qaldırıb. İki il əvvəl Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərara əsasən, Xoşqədəm Hidayətqızı vurduğu mənəvi zərərə görə Aysel Əlizadəyə 3 min manat təzminat ödəməli idi. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Sentyabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri