Icma.az
close
up
RU
Qarşıdakı həftədə dünya bazarında neftin qiyməti dəyişməz olaraq qalacaq

Qarşıdakı həftədə dünya bazarında neftin qiyməti dəyişməz olaraq qalacaq

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 29 dekabr, AZƏRTAC

ABŞ ilə Venesuelanın münasibətlərinin yenidən gərginləşməsi dünya neft bazarında tərəddüdlərin yaranmasına səbəb olub. Ötən həftə neftin qiymətinin 1,5 və 2 dollar ətrafında sirkulyasiya etməsi treyderlərin 1 barelin vahid kursla sata bilmədiklərini göstərdi.

AZƏRTAC xəbər verir ki, “Reuters”in məqaləsində ötən həftə neftin qiymətinin enməsi və həftə sonu 2 dollara yaxın artması “qara qızıl”ın nəqlində yaranmış problemlə bağlı olub.

Rusiyanın Odessa limanını, ABŞ-ın isə Venesuela sahillərinə yaxınlaşan gəmiləri təhdid etməsi və Ukraynanın pilotsuz uçuş aparatlarının (PUA) Rusiya neftini daşıyan tankerləri Qara, Azov və Aralıq dənizlərində hədəf alması qlobal bazara təsirini göstərdi. Belə ki, bu həftə də qiymətlərin artımı gözlənilir. Lakin bu artım nəzərə çarpacaq dərəcədə olmayacaq. Məsələnin mahiyyəti ondan ibarətdir ki, ABŞ Prezidenti Donald Tramp bir daha Venesuela məsələsinə toxunaraq bildirib ki, Prezident Nikolos Madura “getməlidir”. O ABŞ əsgərlərinin Venesuelaya daxil olmayacağını, yalnız hava zərbələri endiriləcəyi ehtimalını irəli sürüb. Bu bəyanat birjalarda hərəkətlilik yaratsa da qeyri-OPEC ölkələri bazara artıq həcmdə neft çıxardılar və qiymət artımı müşahidə edilmədi. OPEC-in bazara 337 min barel əlavə neft çıxarmaq qərarı bu dövlətlər üçün məcburi deyil. Onu da nəzərə almaq lazımdır ki, dünya bazarında qiyməti formalaşdıran əsas OPEC kartelidir.

Analitiklər hesab edirlər ki, Venesuela Rusiyanı dəstəklədiyi üçün ABŞ bu ölkəyə qarşı mütləq hərbi əməliyyatlar keçirəcək. Lakin hələlik ABŞ ilə Rusiya arasında danışıqlar davam edir ki, bu da qlobal neft bazarının gözləmə mövqeyinə keçməyə vadar edib. Bazar tələb və təklifin hərəkətə keçməsini izləyir.

Digər tərəfdən Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov bildirib ki, SOCAR ilə aparılan danışıqların nəticəsində Qazaxıstan 2026-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə dünya bazarına 2,2, 2027-ci ildə kimi isə 7 milyon ton neft ixrac etməyi planlaşdırıb.

Bununla yanaşı ötən həftə Çinin Milli Dəniz Neft Şirkəti (CNOOC) Cənubi Çin dənizində aparılan kəşfiyyat işlərinin nəticə verdiyini və “Hijian” yatağından 2026-cı ildən başlayaraq sutkada 18 min barel neft hasil edəcəyini bəyan edib.

ABŞ-ın APİ neft institutunun hesabatında bildirib ki, dünyada xam neft ehtiyatı 2,391 milyon barel artıb. Yəni bu neft artıq hasil edilib, rezervuar və anbarlarda saxlanılır.

Bütün yuxarıda göstərilən faktlar 2026-cı ilin ilk rübündə neftin qiymətində enmə tendensiyasının davam edəcəyini deməyə əsas verir. Hazırda dünya bazarında “Brent” markalı neftin 1 barelinin qiyməti 61 dollar ətrafında satılır. Mütəxəssislər qeyd edirlər ki, yeni il tətilləri ilə əlaqədar olaraq qarşıdakı həftədə dünya bazarında neftin qiyməti dəyişməz olaraq qalacaq. Qiymətlərdə yuxarı və aşağıya doğru sıçrayış müşahidə edilməyəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Dekabr 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see174

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see154

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see138

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri