Qaşa sancaq taxmaq miqreni kəsir?
Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sosial şəbəkələrdə geniş yayılan və qaşa paltar sancaqı taxmaqla miqren ağrısını kəsməyi vəd edən qeyri-adi üsul mütəxəssislərin ciddi etirazı ilə qarşılaşıb. İnsanlar bu sadə vasitənin möcüzə yaradacağına inansalar da, tibbi araşdırmalar tamamilə fərqli mənzərəni ortaya qoyur.
Demokrat.az xəbər verir ki, bu metodun heç bir elmi əsası yoxdur. Braziliyadakı Sirio-Libanes xəstəxanasının nevroloqu Lusiana Barboza bildirib ki, sancağın miqreni yüngülləşdirdiyinə dair heç bir sübut mövcud deyil və bu üsul heç vaxt ciddi şəkildə öyrənilməyib.
Bəzi xəstələrin bu zaman müvəqqəti rahatlıq hiss etməsi isə sancağın möcüzəsi deyil, sadəcə üz nahiyəsindəki müəyyən sinir nöqtələrinə təzyiq edilməsidir. Qaş nahiyəsindən keçən kəllə sinirlərinin stimullaşdırılması ağrını qısa müddətə azalda bilsə də, bu, problemin həlli demək deyil.
"Miqrenin yalnız belə nöqtələrə təzyiq etməklə keçməsi çox nadir hallarda mümkündür" deyən Barboza əsas təhlükəyə də diqqət çəkib.
Həkimin sözlərinə görə, insanlar bu cür faydasız trendlərə vaxt itirərək əsl müalicəni təxirə salırlar. Miqren zamanı iltihab prosesləri sürətlə gücləndiyi üçün təyin olunmuş dərmanları vaxtında qəbul etmək həyati əhəmiyyət daşıyır. Sancaq taxmaq sağlamlığa birbaşa zərər verməsə də, ağrının xroniki hala keçməsinə şərait yarada bilər. Odur ki, ilk simptomlar görünən kimi internet məsləhətlərinə deyil, peşəkar tibbi tövsiyələrə əməl etmək ən doğru addımdır.
İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Qaşa saç sancağı taxmaq baş ağrılarını azaldır? Yeni trend
10 Fevral 2026 14:32
Sadəcə qoxulamaq bəs edir: Miqreni bıçaq kimi kəsir
21 Oktyabr 2026 00:31
Miqreni yaradan səbəblər SİYAHI
15 Noyabr 2024 18:32
Miqreni müalicə etmək olarmı?
16 Noyabr 2024 07:13
Miqreni yaradan gizli səbəblər
14 May 2026 18:24
Baxış sayı:138
Bu xəbər 17 Aprel 2026 22:07 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları