Qaşıqda yumurta ilə qaçmaq yarışında 2000dən çox insan iştirak etdi
Icma.az, Lent az portalına istinadən məlumat verir.
Bu qeyri-adi hadisə Ginnesin Rekordlar Kitabında qeyd edilib.
Meksikada yumurta yarmarkasında 2000-dən çox iştirakçı qaşıqda yumurta ilə qaçmaq yarışında iştirak etdikdə yeni dünya rekord müəyyənləşdirilib.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, Quşçuluq Assosiasiyası Meksikanın Xalisko şəhərində quş yarmarkası təşkil edib və burada təxminən 2700 yerli orta məktəb şagirdi yumurtaları qaşıqlarda aparmaq üçün 100 metrlik yarışda iştirak edib.
Ginnesin Rekordlar Kitabı yalnız 2039 iştirakçının heç bir qayda pozmadan yarışı tamamladığını müəyyən edib, lakin hadisə yenə də "ən böyük yumurta və qaşıq yarışı" olaraq qeyd edilib.
Əvvəlki analoji rekordun Londonda qeydə alındığı məlumdur. Oradakı yarışda 1400 nəfər iştirak edib.
Meksikanın yumurtalarının 50,4 faizinnin istehsal olunduğu Xalisko ştatında keçirilən yarmarkanın özündə digər müsabiqələr və 100 müxtəlif yumurta yeməklərindən ibarət kulinariya sərgisi də nümayiş etdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 11 Noyabr 2024 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















