Icma.az
close
up
RU
Qatarlar bu stansiyalar arasında dayanacaq

Qatarlar bu stansiyalar arasında dayanacaq

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni" QSC tərəfindən avqustun 15-dən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılır. Tikinti işləri təxminən 10-11 ay davam edəcək və və bu müddət ərzində qatarlar "Nizami-28 May" arasında fəaliyyət göstərməyəcək.

Milli.Az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na uyğun icra olunur.

Bakı metrosunun gələcək inkişafı üçün strateji zərurət olan bu layihənin əsas məqsədi Qırmızı və Yaşıl xətlər arasında asılılığa son qoymaq, stansiyalarda sıxlığı azaltmaq, qatarlararası intervalı minimuma endirmək və hərəkətin dayanıqlılığını təmin etməkdir.

Hazırda "28 May" stansiyasının platformasında fərqli istiqamətlərə gedən minlərlə sərnişin eyni sahəni paylaşır ki, bu da xüsusilə pik saatlarda normadan artıq yüklənməyə və sərnişinlərin qatarlara minib-düşməsində ciddi çətinliklərə səbəb olur. Layihə tamamlandıqdan sonra "İçərişəhər" istiqamətinə gedən sərnişinlər "28 May", "Dərnəgül" istiqamətinə gedənlər isə "Cəfər Cabbarlı" stansiyasının platformasından istifadə edəcəklər. Bununla yanaşı, "28 May" və "Cəfər Cabbarlı" stansiyalarını birləşdirən və tikintisi artıq yekunlaşmaq üzrə olan ikinci sərnişin pilləkəni stansiyalar arasında daha rahat və sürətli keçidə imkan verəcək.

Tikinti dövründə müvəqqəti dəyişikliklər:

Layihənin icrası çərçivəsində Yaşıl xəttə xidmət göstərəcək "Dərnəgül" elektrik deposunun inşaatının ikinci mərhələsi başa çatmaq üzrədir. Bununla da "Cəfər Cabbarlı-Nizami" mənzilini birləşdirəcək 200 metrlik yeni tunellərin inşasına başlanılır. Tikinti işləri avqustun 15-dən başlayaraq təxminən 10-11 ay davam edəcək. İnşaat dövründə metroda hərəkət aşağıdakı kimi təşkil olunacaq:

"28 May-Nizami" mənzili: Bu iki stansiya arasında sərnişindaşıma dayandırılacaq. Bununla əlaqədar aparılmış birgə təhlillər əsasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən əlavə ekspres marşrutlar açılacaq və cari xətlərə avtobuslar əlavə olunacaq. Qırmızı xətt: "İçərişəhər" stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunmaqla qatarlar "İçərişəhər-Əhmədli" marşrutu üzrə 2 dəqiqə 30 saniyəlik intervalla hərəkət edəcək. ("Əhmədli-Həzi Aslanov" mənzilində təmir başa çatanadək məkik hərəkət üzrə mövcud interval saxlanılacaq). Yaşıl xətt: Qatarlar "Dərnəgül-Nizami" marşrutu üzrə 3 dəqiqə 30 saniyəlik intervalla fəaliyyət göstərəcək. "Cəfər Cabbarlı-Xətai" mənzili: Məkik hərəkət rejimi dəyişməz qalacaq (interval 7 dəqiqə). Bənövşəyi xətt: "Xocəsən-8 Noyabr" marşrutu üzrə 8 dəqiqəlik interval qüvvədə saxlanılacaq.

Qeyd edək ki, tikinti işləri başa çatdıqdan sonra Qırmızı ("İçərişəhər-Həzi Aslanov") və Yaşıl ("Dərnəgül-Xətai") xətlər sərnişinlərə tam müstəqil infrastrukturla xidmət göstərəcək. Belə ki, Yaşıl xətt üzrə qatarların hərəkəti "Dərnəgül" stansiyasından başlayaraq "Cəfər Cabbarlı" vasitəsilə "Xətai" stansiyasına qədər davam edəcək və Yaşıl xətt üzrə interval 3 dəqiqə 30 saniyə olacaq. Beləliklə, "Cəfər Cabbarlı-Xətai" sahəsində mövcud olan 8 dəqiqəlik gözləmə intervalı artıq tarixə qovuşacaq. Növbəti mərhələdə Y-15 stansiyasına qədər tunellər və dönmə infrastrukturu tamamlandıqdan sonra isə Yaşıl xətt üzrə intervalın 2 dəqiqəyədək azaldılması mümkün olacaq.

Qırmızı xətt üzrə isə "İçərişəhər" dönmə kamerasının tikintisi davam edir və layihənin 2028-ci ilin ikinci yarısında tamamlanması planlaşdırılır. Bu infrastrukturlar tam istifadəyə verildikdən sonra hər iki xətt üzrə intervalların 2 dəqiqəyədək azaldılması mümkün olacaq.

Bakı Metropoliteni sərnişinlərdən tikinti dövründə yarana biləcək müvəqqəti narahatlıqları anlayış və səbirlə qarşılamağı xahiş edir.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 04 Avqust 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri