Icma.az
close
up
RU
Qavi Tompson ilk 3 turdan razıdır: “Daha motivasiyalı olacağıq” MÜSAHİBƏ

Qavi Tompson ilk 3 turdan razıdır: “Daha motivasiyalı olacağıq” MÜSAHİBƏ

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

“Karvan-Yevlax”ın nigeriyalı yarımmüdafiəçisi Qavi Tompsonun Futbolinfo.az-a müsahibəsi

– Misli Premyer Liqasının 3-cü turunda “Qarabağ”a məğlub oldunuz (0:2). Oyunla bağlı fikirləriniz necədir?

– “Qarabağ” çox yaxşı komandadır. Buna baxmayaraq, biz hər oyuna xal qazanmaq üçün çıxırıq. Məqsədimiz bu görüşdən də yaxşı nəticə ilə ayrılmaq idi. Meydançanı xalsız tərk etdiyimizə görə məyus olduq.

– “Karvan-Yevlax”ın ilk 3 tur ərzindəki ümumi çıxışını necə dəyərləndirirsiniz? Razısınız ki, 3 tura 4 xal komandanız üçün yaxşı nəticədir?

– İlk 3 tur bizim üçün pis keçmədi. Məqsədimiz mövsümün əvvəlində mümkün qədər çox xal toplamaq idi. Təkcə “Qarabağ”la görüşdə meydanı xalsız tərk etdik.

– Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilə komandanıza necə təsir edəcək?

– Düşünürəm ki, fasilə bizə ilk 3 turda çatışmayan cəhətlərimizin üzərində daha çox işləmək imkanı verəcək. Bundan əlavə, fasilə bizə liqa bərpa olunanda daha güclü olmağa şərait yaradır.

– Liqanın 4-cü turunda “Şamaxı” ilə qarşılaşacaqsınız. Şansları necə dəyərləndirirsiniz?

– Ümid edirəm ki, “Şamaxı” ilə oyunda qalib gələcəyik. Bunu bacarsaq, “Qarabağ”a məğlubiyyətdən sonrakı əhval-ruhiyyəmizi yenidən yaxşılaşacaq, qələbə ruhu komandaya qayıdacaq və daha da motivasiyalı olacağıq.

– Azərbaycan Premyer Liqası barədə düşüncələriniz necədir? Liqaya uyğunlaşmaq üçün çətinlik çəkmirsiniz ki?

– Çempionatın səviyyəsi yüksəkdir, komandalar güclüdür. Ona görə hələ də liqaya uyğunlaşıram və ümid edirəm ki, oyundan-oyuna hər şey mənim üçün daha da yaxşı olacaq.

– Uzun illərdən sonra Premyer Liqaya qayıdan “Karvan-Yevlax”ın gücü ilk mövsümü neçənci pillədə bitirməyə çatacaq?

– Düşünürəm ki, bizim üçün əsas məqsəd liqada qalmaq və oyundan-oyuna irəliləməkdir. Mövsümün sonunda liqanı yaxşı mövqedə başa çatdıracağımıza ümidliyəm. Bunu bacaracaq gücdəyik.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 Sentyabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri