Icma.az
close
up
RU
Rüstəm Əhmədzadə: “Bu məğlubiyyətdən sonra daha güclü olacağıq” MÜSAHİBƏ

Rüstəm Əhmədzadə: “Bu məğlubiyyətdən sonra daha güclü olacağıq” MÜSAHİBƏ

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

"Fasilə bizim üçün 100 faiz faydalı olaq. Komandamız 2 həftə ərzində yaxşı hazırlıq keçəcək".

Bunu “Sumqayıt”ın hücumçusu Rüstəm Əhmədzadə futbolxeber.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Azərbaycan Premyer Liqasının son turunda “Turan Tovuz”a böyük hesabla uduzdunuz. Bu cür məğlubiyyəti nə ilə əlaqələndirmək olar?

- Nəticə özü hər şeyi deyir. Konkret hansısa səbəb göstərmək çətindir. Sadəcə bu məğlubiyyətdən nəticə çıxarmalıyıq. Məşqlərdə daha çox çalışmalıyıq ki, növbəti matçlarda yaxşı nəticələr qazanaq.

- “Sumqayıt” mövsümə uğurlu start versə də, son 3 turda cəmi 1 xal qazanıb. Komanda enişdədir?

- Eniş deməzdim. “Turan Tovuz” yaxşı komandadır. Onlara qarşı oynamaq hər zaman çətindir. Yaxaladıqları epizodu qola çevirdilər, hesabda önə keçdilər. Bilirik ki, hesabı “Turan” açırsa, geridönüş etmək çox çətindir. Hesabda geri düşdükdən sonra böyük qüvvə ilə irəli atıldıq. Bu səbəbdən də qapımızda ikinci, üçüncü qolu gördük.

- İkinci hissədə, hesab 0:2 olarkən komandanız penaltini qaçırdı. Həmin anı matçın qırılma nöqtəsi saymaq olar? Hər halda hesab arasındakı fərq azalsaydı, oyunun gedişatı tam dəyişərdi...

- İndi nəsə demək çətindir. Biz də istəməzdik ki, belə olsun. Bəlkə də 1:2 olsaydı, matçın qalan dəqiqələri daha gərgin alınardı. Lakin olan oldu artıq.

- Son turlardakı uğursuz çıxışı nəzərə alsaq, çempionatda yaranan fasiləsinin “Sumqayıt” üçün faydalı olacağını deyə bilərik?

- Bəli, fasilə bizim üçün 100 faiz faydalı olaq. Komandamız 2 həftə ərzində yaxşı hazırlıq keçəcək. Çatışmazlıqlar üzərində iş gedəcək. Əminəm ki, bu məğlubiyyətdən sonra daha güclü olacağıq.

- Premyer Liqada legioner limitini ləğvi yerli futbolçuların çıxışına nə dərəcədə təsir göstərir?

- Açığı, xüsusi bir fərq hiss etmirəm. Kim güclüdürsə, o da meydana çıxır. Fərqi yoxdur, yerli futbolçudur, yaxud legioner.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 07 Oktyabr 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri