Icma.az
close
up
RU
Araz Naxçıvan ın legioneri: Addım addım daha yaxşı olacağıq MÜSAHİBƏ

Araz Naxçıvan ın legioneri: Addım addım daha yaxşı olacağıq MÜSAHİBƏ

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

"Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Patrik Andrade Misli Premyer Liqasının 4-cü turunun "Kəpəz"lə səfər matçından (2:0) sonra Sportal.az saytına müsahibəsi

- Oyunla bağlı təəssüratların necədir?

- Çətin oyun oldu. İlk hissədə qol vurmaq üçün imkanlarımız var idi, amma dəyərləndirə bilmədik. İkinci hissədə daha güclü başladıq. Birinci qolu vurmağa çalışdıq və buna nail olduq. Sonda oyunu qazandıq və ən vacib olan budur

- Komanda oyun ərzində, xüsusilə də ilk hissədə bir sıra ötürmə səhvləri etdi. Sizcə, bu nədən irəli gəlirdi?

- Bəli, düzdür. Bunun üzərində işləməliyik. Mən özüm də işləməliyəm. Oyunda daha yaxşı qərarlar vermək üçün daha çox təcrübə və zaman lazımdır. Addım-addım daha yaxşı olacağıq.

- Milli fasilə barədə nə deyə bilərsən? Bu fasilə məşqlərə, həmçinin oyununuza müsbət, yoxsa mənfi təsir etdi?

- Məncə, bir az mənfi oldu. Milli fasilədən sonra həmişə çətin olur. Biz bir həftə məşq etdik, amma heç bir oyun, hətta yoxlama matçı da keçirmədik. Buna görə də belə fasilədən sonra ritmə qayıtmaq asan olmur.

- Bu mövsüm üçün şəxsi hədəflərin və komandanın məqsədləri barədə nə deyə bilərsiniz?

- Mənim şəxsi məqsədim yaxşı oynamaq və komandaya kömək etməkdir. Klub olaraq hədəfimiz oyun-oyun yanaşmaq, mümkün qədər çox qələbə qazanmaq və hər oyunda daha yaxşı performans göstərməkdir.

- Sabiq komandan "Qarabağ" bu mövsüm Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandı. Üç gün sonra onların "Benfika" iləoyunu var. "Qarabağ"ın indiyə qədərki və bundan sonrakı çıxışı barədə nə deyə bilərsən?

- Məncə çox yaxşı mövsüm keçirirlər. Çempionlar Liqasına düşmək böyük uğurdur. Hamı onlar üçün sevinir. Orada mənim də bir sıra yaxın dostlarım var, daim əlaqədəyik. Mən onlara növbəti oyunlarda uğurlar arzulayıram və təbii ki, hər zaman dost kimi dəstək olacağam.

- Milli komandan Kabo-Verde dünya çempionatına çıxmağın bir addımlığındadır. Bu barədə nə düşünürsən?

-Bəli, bu tarixi andır. Hamı çox xoşbəxtdir, çünki biz ilk dəfə bu mərhələyə çatmışıq. Qarşıda hələ bir oyun var və ümid edirəm ki, o addımı atıb dünya çempionatına vəsiqə qazanacağıq.

- Son oyunda milliyə çağırılmamışdın. Əgər komandan DÇ-a vəsiqə qazansa, gələn il heyətdə olacağını düşünürsən?

- Bunun üçün mabarizə aparıram. Hər oyunda ən yaxşısını göstərməyə çalışıram. Son oyunlarda millidə olmadım. Bu, baş məşqçinin qərarı idi və mən buna hörmətlə yanaşıram. Amma əlbəttə, milli komandada olmaq və ölkəmi təmsil etmək üçün çalışmağa davam edəcəyəm.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 13 Sentyabr 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see470

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see240

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see185

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see182

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see170

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see153

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see151

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see143

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see139

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri