Icma.az
close
up
RU
Qaxda Kürmükoba bayramı qeyd olunub

Qaxda Kürmükoba bayramı qeyd olunub

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qaxda əsrlər boyu müsəlman və xristianların birgə ziyarət etdikləri "Kürmükoba" bayramı qeyd olunub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, ildə iki dəfə keçirilən bayramı qeyd etmək üçün yüzlərlə müsəlmanlar və xristianlar Kürmük məbədini ziyarət ediblər.

Bu bayram yerli Qax sakinləri üçün hər zaman “Kürmükoba” bayramı olaraq qalıb və bayram zamanı hər kəs öz dini etiqadından asılı olmayaraq, bu inanc yerini “ocaq” deyərək ziyarət edib. Hazırda da qədim mərasim ayini olan “Kürmükoba” bayramına ətraf bölgələrdən müxtəlif dinlərdən olan minlərlə insan axışır.

Xalq öz tarixi yaddaşına sadiq qalaraq Kürmükoba bayramında Aya, Günəşə, təbiətə sitayişin izlərini daşıyan qədim ayinlər icra edir, ağaclara əski parçaları bağlayıb, qaya daşların üstündə şamlar yandıraraq niyyət edir, məbəd həyətində mütləq xoruz və ya toyuq, hətta qoyun kəsirlər. Dini mənsubiyyətindən asılı olmayaraq geniş xalq kütlələrinin istər müsəlman, istərsə də xristian əhalinin hamılıqla bu bayramda iştirakı Kürmükoba bayramının qədim, ibtidai kökləri olan bir mərasim olduğunu göstərir.

"Kürmükoba" bayramında məbədə axın edən insanlar bu bayramı multikulturalizmin, tolerantlığın nümunəsi hesab edirlər.

"Kürmükoba" bayramı əslində qədim dövrlərdən bəri təbiət ayini olub Kürmük çayı ilə bağlı icra edilib. Bu mərasimin may və noyabr – yəni, çayın daşma mövsümündə keçirilməsi isə Kürmük məbədinin, həmçinin Kürmükoba mərasiminin öz adını bölgənin həyat mənbəyi olan gur sulu Kürmük çayından götürdüyünü söyləməyə əsas verir. Bu dəfə də "Kürmükoba" bayramını qeyd edənlər gün ərzində Kürmük məbədinə qədər olan məsafəni qətt edərək məbədi ziyarət ediblər.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://report.az
archiveBu xəbər 23 Noyabr 2024 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see396

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see339

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see273

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see235

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see223

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see204

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see203

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see199

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see193

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see190

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see187

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see177

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see173

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see170

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see166

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see161

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see159

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see159

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see144

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri