Icma.az
close
up
RU
Qaxda Kürmükoba bayramı qeyd olunub FOTOLAR

Qaxda Kürmükoba bayramı qeyd olunub FOTOLAR

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Qaxda əsrlər boyu müsəlman və xristianların birgə ziyarət etdikləri "Kürmükoba" bayramı qeyd olunub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, ildə iki dəfə keçirilən bayramı qeyd etmək üçün yüzlərlə müsəlmanlar və xristianlar Kürmük məbədini ziyarət ediblər.

Bu bayram yerli Qax sakinləri üçün hər zaman “Kürmükoba” bayramı olaraq qalıb və bayram zamanı hər kəs öz dini etiqadından asılı olmayaraq, bu inanc yerini “ocaq” deyərək ziyarət edib. Hazırda da qədim mərasim ayini olan “Kürmükoba” bayramına ətraf bölgələrdən müxtəlif dinlərdən olan minlərlə insan axışır.

Xalq öz tarixi yaddaşına sadiq qalaraq "Kürmükoba" bayramında Aya, Günəşə, təbiətə sitayişin izlərini daşıyan qədim ayinlər icra edir, ağaclara əski parçaları bağlayıb, qaya daşların üstündə şamlar yandıraraq niyyət edir, məbəd həyətində mütləq xoruz və ya toyuq, hətta qoyun kəsirlər. Dini mənsubiyyətindən asılı olmayaraq, geniş xalq kütlələrinin istər müsəlman, istərsə də xristian əhalinin hamılıqla bu bayramda iştirakı "Kürmükoba" bayramının qədim, ibtidai kökləri olan bir mərasim olduğunu göstərir.

"Kürmükoba" bayramında məbədə axın edən insanlar bu bayramı multikulturalizmin, tolerantlığın nümunəsi hesab edirlər.

"Kürmükoba" bayramı əslində qədim dövrlərdən bəri təbiət ayini olub Kürmük çayı ilə bağlı icra edilib. Bu mərasimin may və noyabr – yəni, çayın daşma mövsümündə keçirilməsi isə Kürmük məbədinin, həmçinin "Kürmükoba" mərasiminin öz adını bölgənin həyat mənbəyi olan gursulu Kürmük çayından götürdüyünü söyləməyə əsas verir. Bu dəfə də "Kürmükoba" bayramını qeyd edənlər gün ərzində Kürmük məbədinə qədər olan məsafəni qət edərək məbədi ziyarət ediblər.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Noyabr 2024 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri