Qaxda yük maşınının vurduğu azyaşlının son durumu AÇIQLANDI
Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qaxda yük maşınının vurduğu azyaşlının son durumu açıqlanıb.
Bakupost.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Yanvarın 2-də saat 22:30-da baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2017-ci il təvəllüdlü (qadın cinsli) azyaşlı Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona baş beyin silkələnməsi, döş qəfəsinin, qarnın, beldən aşağı hissənin və çanağın səthi travmaları diaqnozu təyin edilib.
Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir", - deyə məlumatda qeyd olunub.
******
Qaxda səkkiz yaşlı qızı yük maşını vurub.
Bakupost.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çüdüllü kəndində baş verib. Ağdaş rayon sakini Sübhan Əsədov idarə etdiyi "Ford" markalı yük maşını ilə 2017-ci il təvəllüdlü Arzu Aslan qızı Ramazanovanı vurub. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan A.Ramazanova Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Baxış sayı:127
Bu xəbər 03 Yanvar 2025 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















