Icma.az
close
up
RU
Menu

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Ankara və İrəvanın yeni məramları nədir?

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Qvardiola Mançester Siti nin matçında

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

Qaydaların arxasındakı məna

Qaydaların arxasındakı məna

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Coşqun MƏMMƏDOV
AMEA Rəyasət Heyətinin elmi katibi

Azərbaycan dini etiqad azadlığının təmin olunduğu, dinlərarası harmoniyanın qorunduğu, müxtəlif dini inanclara hörmət və ehtiramla yanaşıldığı azsaylı ölkələrdəndir. Dünyəvi dövlət olaraq ölkəmiz bütün dinlərə bərabər münasibət bəsləməklə, vətəndaşlarının dini inanclarına böyük hörmətlə yanaşır. Ölkəmizdə dövlət-din münasibətlərinin əsasını dini ayrı-seçkiliyə yol verilməməsi, etiqad azadlığının qorunması və müxtəlif konfessiyaların dinc yanaşı yaşaması prinsipləri təşkil edir. Bu isə bir xalq olaraq bizim mənəvi sərvətimizdir.

Prezident İlham Əliyevin də xüsusi vurğuladığı kimi, dini və milli müxtəlifliyə hörmət, qarşılıqlı anlaşma və tolerantlıq Azərbaycan cəmiyyətinin ayrılmaz xüsusiyyəti, xalqımızın əsrlər boyu formalaşmış həyat tərzidir.

Ölkəmizdə dini mənsubiyyətindən asılı olmayaraq, bütün dinlərə və konfessiyalara məxsus ibadət ocaqlarının təmiri, bərpası və yeni ibadət yerlərinin inşasına daim xüsusi diqqət yetirilir. O cümlədən Qarabağ və Şərqi Zəngəzurda məscidlərin inşası, həmçinin işğal dövründə ermənilər tərəfindən viran qoyulmuş, hətta heyvanların saxlanc yerinə çevrilmiş məscidlərin bərpası dövlətin mənəvi dəyərlərə verdiyi önəmin yüksək ifadəsidir. Bu gün şəhidlərimizin canı və qanı bahasına işğaldan azad edilmiş Vətən torpaqlarında dalğalanan müqəddəs üçrəngli Azərbaycan bayrağının yaşıl rəngi xalqımızın İslam dininə bağlılığını, milli-mənəvi dəyərlərimizə sədaqətini nümayiş etdirir.

Müqəddəs dini bayramlarda məscidlərimizdə vəhdət ruhunda qılınan bayram namazları cəmiyyətimizdə həmrəyliyin, birlik və bərabərliyin təcəssümü olmaqla yanaşı, xalqımızın milli-mənəvi dəyərlərə bağlılığının da bariz nümunəsidir.

Azərbaycan hətta öz xristianlıq irsinə də sahib çıxaraq, qədim Alban məbədlərinin ermənilər tərəfindən mənimsənilməsi cəhdlərinin qarşısının alınması istiqamətində həm siyasi, həm də elmi müstəvidə ardıcıl fəaliyyət göstərir. Bu isə ölkəmizin yalnız İslam deyil, müxtəlif dini və mədəni irs nümunələrinin qorunmasına da böyük önəm verdiyini nümayiş etdirir.

Ümumilikdə isə bu yanaşma dövlətimiz tərəfindən dini müxtəlifliyə və etiqad azadlığına göstərilən hörmətin bariz nümunəsidir. Bunun nəticəsidir ki, bu gün Azərbaycanda müxtəlif dinlərin nümayəndələri öz dini ayin və mərasimlərini sərbəst şəkildə icra etmək imkanına malikdirlər.

Təəssüf ki, son günlər bəzi yerli və xarici siyasi qüvvələr Nazirlər Kabinetinin "Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər"in təsdiq edilməsi və "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ndə dəyişiklik edilməsi haqqında qərarları məqsədyönlü şəkildə manipulyasiya edərək, onu dini etiqad azadlığının məhdudlaşdırılması və dini inanclara qarşı yönəlmiş addım kimi təqdim etməklə ölkədə mövcud ictimai-siyasi sabitliyi pozmağa, cəmiyyətdə süni gərginlik yaratmağa çalışırlar.

Halbuki bu Qərarların əsas mahiyyəti sosial dövlət modelinin təhsildə təzahür forması kimi şagirdlər arasında sosial bərabərliyə xidmət etməklə maddi vəziyyətdən və dini mənsubiyyətdən asılı olmayaraq, ayrı-seçkiliyə yol verilməsinin, fərqliliyin ön plana çəkilməsinin qarşısını almaqdır. Bu səbəbdən, təhsil müəssisələrinin daxili nizam-intizam və məktəbli forması qaydaları heç bir halda təhsil hüquqlarının məhdudlaşdırılması halları kimi qiymətləndirilməməlidir.

44 günlük Vətən müharibəsini birlik və bərabərlik ruhunda Zəfər qazanan müzəffər xalq olaraq, bu gün də milli və dövlətçilik maraqlarımız naminə bütün dini-siyasi ideoloji təhdidlərə rəğmən, elm-təhsil məbədimiz olan məktəblərdə qəbul edilmiş nizam-intizam qaydalarına hörmətlə yanaşmalı, bu qaydaların mahiyyətini düzgün anlamalı və onların tətbiqini anlayışla qarşılamalıyıq. Çünki təhsil yalnız cəmiyyətin intellektual inkişafını təmin edən sahə deyil, həm də dövlətin milli təhlükəsizliyinin qorunmasında mühüm strateji əhəmiyyətə malikdir. Bu mənada, hər birimiz bir vətəndaş olaraq çox təmkinli və məsuliyyətli davranmalıyıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Oktyabr 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see361

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see316

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see305

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see278

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see277

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see267

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see253

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see233

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see232

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see225

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see205

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see201

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see200

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see199

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see196

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see191

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see189

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see188

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see177

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri