Icma.az
close
up
RU
“Qayğısız xalq məhv olar“ “Mossad“ rəhbəri

“Qayğısız xalq məhv olar“ “Mossad“ rəhbəri

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

"O gün hərbi hiyləgərlik fizika qanunlarını üstələyib..."

İsrail xarici kəşfiyyat xidməti "Mossad"ın rəhbəri David Barnea Təl-Əvivdə keçirilən Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun (INSS) illik beynəlxalq konfransında Livanda həyata keçirilmiş "Peycer" kod adlı parlaq diversiya əməliyyatının planlaşdırılması və icrası barədə yeni detalları açıqlayıb.

Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co" nəşri yazıb.

"Mossad"ın devizi və "Peycer" əməliyyatı

"Mossad"ın gerbində "Qayğısız xalq məhv olar" sözləri həkk olunub", - İsrail xarici kəşfiyyat xidmətinin rəhbəri deyib. "Mossad" bu deviz altında fəaliyyət göstərir. "Peycer" əməliyyatı bunun bariz nümunəsidir. Agentlərimiz hər şeyi- "Hizbullah"a partlayıcılarla təchiz edilmiş peycerlərin yeridilməsindən tutmuş Nısrullahın aradan götürülməsi və atəşkəsə məcbur edilməsinə qədər hər şeyi yaradıcı şəkildə planlaşdırıb.

Nəticədə "Hizbullah"a ağır zərbə endirilib və təşkilatın ruhu sarsıdılıb. Müharibədə qələbə öldürülənlərin və atılan raketlərin sayı ilə deyil, düşmənin ruhu və motivasiyası üzərində üstünlük qazanmaqla ölçülür".

Barnea qeyd edib ki, illər ərzində İsrailin şimalında, Livanla müharibələrdə İranın dəstəklədiyi qüvvələrlə döyüşüb. "Biz əməliyyatları planlaşdırıb icra edirdik, düşmən ərazisində xüsusi imkanları reallaşdırırdıq. Ən əsası isə başa düşürdük ki, növbəti müharibə əvvəlkilərdən fərqli olacaq".

Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun mükafatı və "Mossad"ın gücü

Konfrans təşkilatçıları Barneanı xüsusi mükafat təqdim etmək üçün dəvət edib. "Peycer" əməliyyatı zamanı İsrailin təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfəyə görə ona INSS adından mükafatı institutun İdarə Heyətinin sədri Frenk Loui və direktor, ehtiyatda olan general-mayor Tamir Hayman təqdim edib.

"Mossad"ın nə tankları, nə zirehli texnikası, nə qırıcıları, nə də raketləri var", - Barnea davam edib. - "Bizim kişi və qadın agentlərimiz və əməkdaşlarımız var və onlar işimizin və uğurlarımızın hərəkətverici qüvvəsidir. Onlar qeyri-mümkünü mümkün edən yaradıcı insanlardır. 

"Peycer" əməliyyatı müzakirə olunanda iki fərqli baxış olub və hər ikisi təqdim edildiyi anda doğru olub. Nəticədə baş nazir müzakirədə üstünlük təşkil edən mövqeyə tam zidd bir qərar verib. Və bu gün biz mükafat alırıq. Bu, yalnız təşkilatımızın deyil, bütün İsrail xalqının mükafatıdır. Bu, hərbi kampaniyanın mahiyyətini dəyişdiyimiz üçün verilən bir mükafatdır", - o, deyib.

"O gün hərbi hiyləgərlik fizika qanunlarını üstələyib. Düşmənlərimiz bizi bayram günümüzdə məhv etmək üçün hücum etdilər, lakin İsrail xalqının ruhu, İsrail Müdafiə Ordusunun əsgərləri və təhlükəsizlik qüvvələrinin əməkdaşları, şəhidlərimiz və yaralılarımız sayəsində İsrail xarabalıqlardan yenidən doğulub və böyük ümidə doğru irəliləyib", - Barnea qeyd edib.

"Missiyamız hələ başa çatmayıb, biz bütün cəbhələrdə məqsədlərimizi operativ və siyasi qələbələrə çevirmək üçün işləməyə davam etməliyik. Ən vacibi isə, sağ və ya ölü olsun, bütün əsirləri evə qaytarmaq bizim borcumuzdur", -  "Mossad" rəhbəri bəyan edib.

"Peycer" əməliyyatının təfərrüatları

Daha sonra Barnea "Hizbullah" döyüşçüləri və komandirlərinin sıralarına partlayıcılarla doldurulmuş peycerlərin yeridilməsi əməliyyatının bəzi detallarını açıqlayıb:

"Cəmi 500 peycerdən ibarət ilk partiya Livana 7 oktyabr qırğınından bir neçə həftə öncə çatdırılıb", - o, bildirib. - "Peycer" əməliyyatı, əvvəlki onillikdə "Mossad" rəhbərləri Tamir Pardo və Yossi Koen tərəfindən hazırlanan "Radio" əməliyyatı ilə müqayisədə nisbətən yeni bir plandır. 

Peycerlərin tətbiqi ideyası "Radio" əməliyyatının zamanla döyüşlərdə təsirini itirməsi səbəbindən ortaya çıxıb. Buna görə biz həmişə onların yanında olan cihazlarla "Hizbullah" terrorçularını hədəfə almağın yeni üsulunu tapdıq".

Barnea əlavə edib ki, "Peycer" və "Radio" əməliyyatları nə qədər təsirli və dağıdıcı olsa da, maliyyə baxımından son dərəcə qənaətcil olub. Onun sözlərinə görə, "minlərlə radio və peycerdəki partlayıcı maddənin ümumi miqdarı cəmi bir standart minadakı partlayıcıdan çox olmayıb". 

Əməliyyatın həyata keçirilmə vaxtına təsir edən amillərdən biri isə sentyabrın 17-də "Hizbullah"ın əlində peycerlərin sayının müharibədən öncə10 dəfə, radiostansiyaların sayının isə iki dəfə çox olması olub.

Məlumata görə, 17 sentyabr 2024-cü ildə baş vermiş "böyük peycer partlayışı" nəticəsində doqquzu Livanda, yeddisi isə Suriyada olmaqla azı 16 nəfər həlak olub. Müxtəlif mənbələrə görə, 3-4 mindən çox insan yaralanıb. 

Təxminən 500 "Hizbullah" döyüşçüsü və funksioneri qismən və ya tamamilə görmə qabiliyyətini itirib. Bu barədə ərəb mediası Səudiyyə Ərəbistanının "Əl-Hədat" telekanalının təcili xəbərlər buraxılışına istinadən məlumat verib. Kanal isə bu xəbəri Livanın yüksək vəzifəli şəxsləri arasında olan anonim mənbələrə istinadən yayıb.

"Hizbullah" üzvləri üz və göz nahiyələrindən xəsarət almaqlarının səbəbi isə partlayışlardan bir qədər öncə peycerlərə mesajlar gəlməyə başlaması olub. Ola bilsin ki, bu, cihazların lazımi hərarətə qədər qızmasını təmin etmək üçün edilib.

Ertəsi gün, sentyabrın 18-də isə Livanda radiostansiyalar və digər rabitə avadanlıqları da partlamağa başlayıb. Nəticədə azı 25 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Fevral 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri