Yenidən qayğısız günlərimizi yaşayacağıq Ballıcaya qayıdan sakin
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Uşaqlığımızın keçdiyi o doğma həyət-bacamızda yenidən o qayğısız günlərimizi yaşayacağıq.
Redaktor.az xəbər verir ki, bunu "Report"un Qarabağ bürosunun Xocalıya ezam olunan əməkdaşı ilə söhbətində bu gün Xocalı rayonuna köçən Ballıca kənd sakini Ehtiram Məmmədov deyib.
Doğma yurduna dönən Ballıca sakini sevinc hisslərini belə ifadə edib:
"Bu günü 30 ildən çoxdur həsrətlə gözləyirdik. Bu gün Xocalının Ballıca kəndi sakinlərinin ən xoşbəxt günüdür. Şəxsən mənim üçün olduqca qürurlu bir gündür. Tək mənim yox, bizim kənd camaatının timsalında, deyərdim ki, bütün Azərbaycanımızın sevincli gündür".
E.Məmmədov bildirib ki, Qarabağ dirçəlir və yenidən qurulur:
“Ölkə başçımıza, ordumuza, bu torpaqlara qanı tökülən şəhidlərimizə borclu olduğumuzu unutmamalıyıq. Şükür edirik ki, bu gün azad Qarabağımızdayıq. Öz ata-baba yurdumuza qayıtdıq. Uşaqlığımızın keçdiyi o doğma həyət-bacamızda qayğısız günlər yaşayacağıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 13 Dekabr 2024 19:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















