Icma.az
close
up
RU
Qayıdışın, yeni həyatın ünvanı Kəngərlidə Salmanovlar ailəsindən REPORTAJ VİDEO

Qayıdışın, yeni həyatın ünvanı Kəngərlidə Salmanovlar ailəsindən REPORTAJ VİDEO

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ağdam, 30 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Kəngərli kəndinə həyat yenidən qayıdıb. Artıq kəndə ayaq basanda işğal dövrünün acı mənzərələri ilə deyil, 32 ildən sonra doğma yurda qayıtmış sakinlərin sevinc dolu çöhrələri, uşaqların gülüş səsi ilə qarşılaşırıq. İllərdir susuz qalan bu torpaqlar dövlətimizin və Kəngərli sakinlərinin əməyi ilə yaşıllığa bürünür, gülüstana çevrilir. Kəngərli kəndi işğaldan azad olunandan sonra Ağdam rayonunda keçmiş məcburi köçkünlərin yerləşdirildiyi ikinci kənddir. Burada 292 fərdi ev tikilib, məktəb, uşaq bağçası, səhiyyə məntəqəsi, mədəniyyət evi və digər zəruri infrastruktur obyektləri istifadəyə verilib. Kəndə elektrik, su, qaz, rabitə xətləri çəkilib. Qısası, həyat burada yenidən qurulub, doğma torpağa nəfəs verilib.

Kəndin mərkəzi küçəsi ilə addımlayırıq. Günəşli iyul gününün istisində həyətlərdə gül-çiçəyə qulluq edən kəndlilərlə qarşılaşırıq. Hər kəsin çöhrəsində bir rahatlıq, bir qürur var. Salamlaşırıq, gözaydınlığı veririk. Onlar bizi mehribanlıqla qarşılayır, samovar çayına dəvət edirlər.

Doğma yurda dönənlərdən biri - ailə başçısı Əli Salmanov kəndlərindən, yaradılan şəraitdən məmnunluqla danışır, köçkünlük illərinin çətinliklərindən sonra gözəl günlərə çıxdıqlarını, ən əsası isə mənəvi rahatlıq tapdıqlarını bildirir: “Kəndimiz işğal olunandan sonra Ağcabədi rayonunda çadırlarda, daxallarda çətin şəraitdə yaşadıq. Sonra Ağdam rayonunun Quzanlı-1 qəsəbəsində evlə təmin olunduq. İndi isə doğma yurdumuz Kəngərlidəyik. Bu hissi sözlə ifadə etmək çətindir. 30 ildən artıq bu yurdun həsrəti ilə yaşamışıq. Havasının, suyunun həsrətini çəkmişik. Həmişə uzaqdan kəndimizə tərəf baxıb doluxsunmuşam, ağlamışam... İllər keçsə də, bir gün doğma kəndimizə qayıdacağımıza inamımızı itirməmişdik. İnanırdıq ki, biz qayıdacağıq. Elə də oldu, Allah şəhidlərə rəhmət eləsin, qazilərə cansağlığı versin. Prezidentimizin uzaqgörən siyasəti və qətiyyəti nəticəsində biz 32 ildən sonra müasir Kəngərliyə qayıtdıq. Burada şəraitimiz gözəldir, ürəyimizcədir. Gözəl günlərə çıxmışıq. Mən, həyat yoldaşım və qızım işləyirik, oğlum isə Ağcabədi Pedaqoji Universitetində təhsil alır”.

Ailənin xanımı Kəmalə Məmmədova yenidən doğma torpaqlarda yaşadığı və müəllimlik fəaliyyətini davam etdirdiyi üçün özünü xoşbəxt hesab etdiyini deyir: “Uzun illər Vətən həsrəti ilə yaşamışıq. Hər günümüz bu torpaqlara qayıtmaq ümidi ilə keçib. Şükürlər olsun bu günə ki, biz artıq doğma Vətənimizdəyik. Azərbaycanın hər bölgəsi bizim üçün əzizdir. Ancaq Qarabağın yeri bir başqadır. Övladlarımızı köçkünlük illərində çətinliklə böyütmüşük. Ancaq onların hamısı təhsil alıb. Bu gün mən sevinirəm ki, övladlarım da şagirdlərim də Qarabağda yaşayır, burada çalışırlar. Bu bizim üçün böyük qürur hissidir. Biz doğma torpaqlara qayıtdığımız üçün Prezidentimizə minnətdarlığımızı bildirir, şəhidlərin ruhu qarşısında baş əyir, qazilərə cansağlığı diləyirik. Biz xoşbəxtik ki, doğma torpağımızda yaşayırıq. Böyük qürur hissi keçirirəm ki, işğaldan azad olunmuş torpaqlarda gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olacağıq”.

Onların övladı Firəngiz Salmanova da müəllimdir. Kəngərli kəndində kimya fənnini tədris edəcək. “Bakı Dövlət Universitetinin kimya müəllimliyi ixtisasını bitirmişəm. İnşallah sentyabrda Kəngərli kənd tam orta məktəbində işə başlayacağam. Azad olunmuş torpaqlarda müəllimlik etmək qürurverici hissdir”, – deyə o bildirib.

Ailənin digər övladı İbrahim isə Ağcabədi Pedaqoji Universitetində fizika müəllimliyi ixtisası üzrə dördüncü kursda təhsil alır. Onun da arzusu doğma kəndlərində müəllim işləməkdir.

Bu ailənin timsalında biz bir xalqın dirənişini, torpağa bağlılığını, ruhunun sınmadığını gördük. Onlar nəinki qayıdıblar, həm də gələcəyi burada – Kəngərlidə qururlar. Buradan ayrılarkən bir həqiqət daha aydın görünür. Kəngərli sadəcə bərpa olunmuş bir kənd deyil, həm də bir xalqın ruhunun, iradəsinin, vətən sevgisinin abidəsidir. Bu gün Kəngərlidə yalnız evlər deyil, insanın içində illərlə ucaltdığı ümidlər də gerçəyə çevrilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 İyul 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see314

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see291

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see274

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see244

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see226

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see204

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see186

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see175

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see175

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see167

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see161

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see158

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see157

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri