Icma.az
close
up
RU
Ümidin və həyatın yeni ünvanı: Kəlbəcərdən REPORTAJ VİDEO

Ümidin və həyatın yeni ünvanı: Kəlbəcərdən REPORTAJ VİDEO

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kəlbəcər, 24 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Kəlbəcərə budəfəki səfərimiz yanvar ayına təsadüf edir. Hər tərəfi ağ örpəyə bürüyən qar dağlar diyarına xüsusi gözəllik qatıb. Yolboyu açılan təbiət mənzərələrini – sıldırım qayaları, ağappaq qara bürünmüş dağ və dərələri qürurla seyr edə-edə Kəlbəcər şəhərinə doğru irəliləyirik. Gördüyümüz hər bir mənzərə sanki Kəlbəcərin ümid və həyatla dolu yeni səhifəsindən xəbər verir.

Dağlar qoynunda mirvari: Yeni Kəlbəcər

Beləliklə, dağların qoynunda yenidən qurulan Kəlbəcər şəhərinə çatırıq. Bura artıq xarabalıqlar yox, dirçəlişin göstəricisi olan müasir bir yaşayış məkanıdır. Ucalan yeni binalar sanki təbiətlə vəhdət təşkil edir. Uzun illər köçkünlük həyatı yaşamış kəlbəcərlilərin doğma yurdda salınmış yeni yaşayış kompleksinə qayıdışı təmin olunub. Bu gün burada təkcə binalar deyil, ümidlər, xatirələr və gələcək də yenidən qurulur.

Kəlbəcər şəhərində inşa olunan 524 ailəlik yaşayış kompleksində dördmərtəbəli 6 bina tikilib. Hər binada iki, üç və dördotaqlı olmaqla 27 mənzil var. Bundan əlavə, yaşayış kompleksində “townhouse” tipli ikimərtəbəli, hər biri üçotaqlı olmaqla 39 fərdi ev də inşa edilib. Hər bir detal sakinlərin rahatlığı və müasir həyat standartları üçün hesablanıb.

Həyətlərdə uşaq səsi, pəncərələrdə gülər üzlər

Kompleksin həyətində gəzərkən həyatın yenidən bu torpaqlara qayıtdığını aydın şəkildə hiss edirik. Pəncərədən baxan, bizimlə qarşılaşan sakinlər gülərüzlə salamlaşırlar. Hər kəsin üzündə bir rahatlıq, sevinc var. Uşaqlar qarla oynayır, gülüş səsləri sükutu pozur. Kimisi mağazaya gedir, kimisi təmiz havada gəzişir, kimisi isə qonşusu ilə söhbətləşir. Bir sözlə, Kəlbəcərə xoşbəxt həyat qayıdıb.

Həyətdə iki övladının əlindən tutub məktəbdən gələn Telman Xudayarovla qarşılaşırıq. O, bizi böyük səmimiyyətlə evinə dəvət edir. Çay süfrəsi arxasında davam edən söhbət köçkünlük illərinin ağrılarını və bu gün doğma yurda qayıdışın sevincini əks etdirir.

"Ağlaya-ağlaya getmişdik, toy-bayramla qayıtdıq"

Telman Xudayarov deyir ki, 32 ildən sonra doğma Kəlbəcərə qayıtmaq onların ailəsi üçün böyük sevinc olub. O, 32 il əvvəlki ağrılı-acılı günləri xatırlayıb deyir: “Kəlbəcərdən 1993-cü il aprelin 1-də atam, anam, iki bacımla çox çətin vəziyyətdə çıxdıq. Evimizin qapısına qıfıl vurub getdik. Gəncə şəhərinin Gülüstan qəsəbəsində qocalar evində məskunlaşdıq. Heç xəyalımıza da gəlməzdi ki, bir gün Kəlbəcər işğaldan azad olunacaq, biz buraya qayıdacağıq. Bu gün şükürlər olsun, Ali Baş Komandanımızın, şəhidlərimizin sayəsində Kəlbəcərdə yaşayırıq, danışırıq, gülürük, bayramlar keçiririk”.

O bildirir ki, köçkünlük illərində yaşadıqları acı günləri heç vaxt unutmayacaqlar. Atası və anası Vətən həsrəti ilə dünyadan köçsələr də, bu gün övladları ilə birgə Kəlbəcərdə xoşbəxt həyat sürürlər: “Kəlbəcərdən ağlaya-ağlaya getmişdik, toy-bayramla, sevinclə qayıtdıq. Köç gələndə hamı bir-birini qucaqlayıb ağlayırdı. İllərlə bir-birini görməyən insanlar var idi. Hərəsi bir rayonda məskunlaşmışdı. Kəlbəcərə ailəmlə - həyat yoldaşım və 3 övladımla qayıtmışam. Uşaqların ikisi birinci sinfə gedir. Üçotaqlı evimiz var. Şəraitimiz çox gözəldir. Dövlətimiz bizi evlə, işlə təmin edib. Hər şey yüksək səviyyədədir. Xoş günlər yaşayırıq”.

Müsahibimiz köçkünlük illərinin həsrətindən, uşaqlıq xatirələrindən və indiki sevinclərindən danışarkən kövrəlir: “1993-cü ilə qədər Kəlbəcərdə Qayabaşı məhəlləsi deyilən yerdə - Vidadi küçəsində böyümüşəm. Tez-tez gedib küçəmizi aşağı-yuxarı gəzirəm. Keçmiş xatirələri yadıma salıram. Çaya qarmaq sallayıb balıq tuturduq, çimib gəlirdik... Şükür ki, yenidən Kəlbəcərdəyik. Hərdən uşaqları da aparıram, gedib baxırıq. Kövrəlirəm, uşaqlara deyirəm ki, mən bu evdə böyümüşəm. Videolar çəkirəm ki, xatirə qalsın”.

Dirçələn Kəlbəcərin yeni hekayəsi

Telman Xudayarovun sözlərinə görə, ailəsinin borcu uşaqlarına yaxşı təhsil vermək və onları Kəlbəcəri yenidən yaşadan nəsil kimi böyütməkdir. Bu arzu, əslində, bu gün Kəlbəcərə qayıdan hər bir ailənin ortaq amalıdır.

Dağlar qoynundakı Kəlbəcər artıq xatirələrdə yaşayan şəhər deyil. Telman Xudayarovun ailəsi kimi doğma yurda qayıtmış kəlbəcərlilər burada həyatın hər anını yenidən yaşayırlar. Burada tikilən hər bina, əkilən hər ağac, duyulan hər bir uşaq gülüşü, gözlərdəki sevinc Kəlbəcərin xoşbəxt gələcəyinin göstəricisidir. Kəlbəcər indi həm keçmişin xatirəsini, həm də gələcəyin ümidini birləşdirərək, dirçəlmiş şəhərin yeni hekayəsini böyük fəxrlə yazır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Yanvar 2026 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see349

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see280

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see267

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see266

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see264

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see255

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see254

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see253

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see250

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see247

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see235

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see233

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see226

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see224

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see222

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see219

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see201

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see198

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see196

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri