Icma.az
close
up
RU
Qaynı qızını xəstə oğlu üçün oğurladı İmişlidəki cinayətin TƏFƏRRÜATI

Qaynı qızını xəstə oğlu üçün oğurladı İmişlidəki cinayətin TƏFƏRRÜATI

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində gənc qızı oğurlamaqda təqsirləndirilən Füzuli rayon sakinləri - Vasif Məmmədov, İlkin Ağayev və Elbrus Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Cebheinfo.az” Oxu.Az-a istinadən xəbər verir ki, hadisə İmişli rayonunun Boşçalılar kəndində baş verib. Füzuli rayon sakini Vüsal Məmmədov Elbrus və İlkini çağıraraq onlarla birlikdə həmin kənddə yaşayan qaynının qızını özünün fiziki qüsurlu oğlu ilə evlənmək məqsədilə qaçırmaq istədiyini bildirib. O, həmin şəxslərə yalan məlumat verərək, guya qızı razı saldığını bildirib. Bu məqsədlə Elbrus və İlkin Vüsalın təklifi ilə razılaşıb və onlar Elbrusun avtomobili ilə İmişli rayonuna yollanıblar.

Vüsal qızın evdə tək olduğunu bilərək, həyətə daxil olub, qaynını səsləyib. Səsə qaynının qızı çıxıb və Vüsalla salamlaşıb. Vüsal qızı aldadaraq söhbət edə-edə avtomobilin yanına gətirib. O, dərhal avtomobilin qapısını açıb qızı zorla avtomobilin arxa oturacağına oturdub. Qızın bir tərəfində İlkin, digər tərəfində isə Vüsal əyləşərək onun qışqırmasının qarşısını almaq üçün ağzını bağlayıblar. Onlar qızı əvvəlcə Bakıya qaçırmaq istəsələr də, yolda avtomobilin yanağacı az olduğundan İlkin onlara Cəlilabada qayınanasının evinə getməyi təklif edib. Onlar avtomobilə yanacaq vurarkən qız qışqıraraq ətrafdakılardan kömək istəyib. Bu vaxt məntəqədə limon satan qadın avtomobilə yaxınlaşıb. Vasif isə qadına bildirib ki, qışqıran qaynının qızıdır və onu oğluna evlənmək üçün qaçırır.

Daha sonra onlar məntəqədən çıxıb Cəlilabad rayonuna - İlkinin qayınanasının evinə gediblər. Qadın əvvəlcə onları xoş qarşılasa da, qızın zorla gətirildiyini biləndən sonra İlkin, Elbrus və Asifi evdən çıxarıb və qızı atasının evinə qaytarmağı tələb edib. Onlar qadının əsəbiləşdiyini görüb, razılaşıb və qızı atasının evinə qaytaracağına söz verib evdən çıxıblar.

Cəlilabaddan çıxandan sonra isə onlar qızı Qobustan rayonuna - Vasifin qohumunun evinə aparmaq qərarı veriblər. Amma buna polislər imkan verməyib. Elbrus yol hərəkəti qaydasını pozduğu üçün yol polisi onlara "saxla!" əmri verib və onlar avtomobili saxlayıblar. Elbrus avtomobildən düşüb yol polisi ilə söhbət etməyə gedərkən qız qəfildən qışqıraraq polislərdən kömək istəyib. Avtomobilə yaxınlaşan yol polisləri qızın oğurlandığını anlayıblar, hadisə yerinə post-patrul xidməti çağırıblar. Hər üç şəxs polis tərəfindən saxlanılaraq şöbəyə aparılıb, qız isə ailəsinə qaytarılıb.

Faktla bağlı cinayət işi başlanıb və təqsirləndirilən şəxslər barədə məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İş Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq elan olunub və zərərçəkmişlər şikayətçi olmayıblar.

Məhkəmənin hökmü ilə Vasif Məmmədova 3 il 1 ay, Elbrus Cəfərova 2 il 1 ay, İlkin Ağayevə isə 2 il bir ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Məhkəmənin qərarı ilə onların barəsində seçilən həbs qətimkan tədbiri başqa yerə getməmək qətimkan tədbiri ilə əvəz edilib və onlar məhkəmə zalından azad ediliblər.

“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 İyul 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri