Icma.az
close
up
RU
Qaysaq tutmayan 2 əsrlik yara

Qaysaq tutmayan 2 əsrlik yara

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Fevralın 10-u Türkmənçay müqaviləsinin bağlandığı gündür

Elektron resurslardakı “Tarixdə bu gün” rubrikası altında toplanan materiallar arasında Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin mərhum direktoru Anar Məmmədovun yeddi il əvvəl qələmə aldığı “Gülüstan və Türkmənçay müqavilələrinin acı nəticələri” adlı tədqiqat materialına rast gəldim. Daha doğrusu, həmin yazının sonuncu abzası daha çox diqqətimi çəkdi.

Abzas belədir: “ Rusiya ilə İran arasında bağlanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri kimi sənədli mənbələr, habelə Qarabağ xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi haqqında Qarabağ xanı İbrahim xanla Rusiya imperiyasının 1805-ci il mayın 14-də imzaladıqları traktat əyani surətdə gostərir ki, imperiya sırf Azərbaycan torpaqlarını işğal etmişdir. Ermənilər isə bura sonralar –Türkiyə və İrandan köçürülüb gətirilmişlər. Bu sənədlərin heç birində Qarabağda erməni malikanələri və onların Rusiya tabeleyinə keçməsi haqqında işarə belə yoxdur”.

Müəllif əlavə edir ki, məqalənin yazılmasında Dövlət Tarix Arxivində mühafizə edilən 24, 25, 202 nömrəli fondların materiallarından, həmçinin Rusiya ekspedisiya komissiyasının aktlarından istifadə edilmişdir. Bu isə o deməkdir ki, söhbət hansısa jurnalistin emosional münasibətlərindən və ya kiminsə eşidib danışdıqlarından deyil, məhz tarixi sənədlərdən gedir.

Bu gün Türkmənçay müqaviləsinin ildönümünə təsadüf etdiyinə görə daha çox o istiqamədə söz açmaq istəyirik. Amma öncə bir faktı da yada salmaqla. Son zamanlar həm Rusiya Federasiyasının, həm də Amerika Birləşmiş Ştatlarının siyasətçi, ekspert və jurnalistləri tez-tez təkrar edirlər ki, prezidentlər Donald Tramp və Vladimir Putin görüşərək Ukrayna məsələsini müzakirə edəcəklər. O zaman rəsmi Kiyev etiraz edir ki, bizim taleyimiz nə üçün bizsiz müzakirə olunur?

Təbii ki, ukraynalıların həmin sualına cavab verən yoxdur. Ona görə də suala mən cavab vermək istəyirəm: “Ukrayna məsələsi Kiyevin iştirakı olmadan müzakirə edilərsə, həmin müzakirədə qəbul edilən sənəd tarixə 197 il əvvəl Rusiya ilə İran arasında Azərbaycanın iştirakı olmadan bağlanan müqavilənin nəticəsi kimi düşəcək. Həmin yara iki əsrdir ki, qaysaq tutmur.

Qərəz, Rusiya ilə İran arasında baş vermiş ikinci müharibənin (1826-1828) yekunlarına əsasən, 1828-ci il fevralın 10-da Çar Rusiyası və İran arasında bağlanan bu müqaviləyə əsasən, Azərbaycan torpaqlarının Araz çayından şimal hissəsi Çar Rusiyasının, cənub hissəsi isə İranın əsarətinə keçmişdir.

Təbrizdən 50 kilometr aralı olan Türkmənçay kəndində Rusiya generalı İvan Paskeviç və İran şahzadəsi Abbas Mirzənin imzaladıqları müqaviləyə əsasən, İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirilmişdir. Müqavilənin imzalanmasında Rusiyanın İrandakı səfiri, yazıçı Qriboyedov və tarixçi-yazıçı Abbasqulu ağa Bakıxanov da iştirak etmişdilər. Bakıxanov həmin razılaşmalarda tərcüməçi olmuşdur. Təkcə tarixçi və siyasətçilərimizin deyil, eləcə də, bütün azərbaycanlıların fikrincə, Türkmənçay müqaviləsi Azərbaycan tarixində alçaldıcı səhifələrdən biridir. Bu müqavilə Azərbaycanın tarixi taleyinə bütövü, tamı bölən, ölkəmizi parçalayan, ərazilərimizə qəsd edilən bir tarixi məqamdır.

Tarixçilər yazırlar ki, həmin dövrdə Azərbaycan müstəqil feodal xanlıqları formasında mövcud idi. Hər bir xanlıq orta əsrlərin feodal dövlətlərindən idi. Belə bir məqamda İranla Rusiya bu müstəqil feodal dövlətlərini özlərinə tabe etmək, daha doğrusu, ərazilərini tutmaq qərarına gəlmiş, qətiyyən özlərinə məxsus olmayan torpaqlar uğrunda vuruşaraq, Azərbaycanı öz aralarında bölmüşdülər. Həm Moskvada, həm də Tehranda hamı bilirdi ki, tarixən nə Rusiya, nə də İrana məxsus olmayan, əksinə Böyük Nadir şah dövlətinin parçaları olan xanlıqlara bölünmüş, Azərbaycanın şimalı və cənubu ifadələri yaranmışdı. Tarixçilərin fikrincə, bu, Rusiyanın Pyotr dövründən qalma siyasətinin bilavasitə davamı idi.

Bizim üçün ağır olan bir məqam da ondan ibarətdir ki, Türkmənçay müqaviləsində İrandan erməni əhalisinin Rusiya imperiyasının “yeni torpaqlarına” (İrəvan, Naxçıvan, Qarabağ və s.) köçürülməsi, İranın Rusiyaya təzminat (20 milyon rubl) ödəməsi, Rusiya donanmasının Xəzərdə şəriksiz hakim olması və rus tacirlərin İranda ticarət güzəştləri əldə etməsi barədə maddələr də var idi. Yəni ermənilərin Azərbaycanda yerləşdirilməsi üçün münbit siyasi şərait yaranmışdı. Türkmənçay müqaviləsinin təbəə alış-verişi (insan dəyişdirilməsi) maddələri Azərbaycanın bugünkü taleyinə təsir edən məqamları yaratmışdı.

Tarixi sənədlərdə qeyd olunur ki, bu müqavilənin şərtləri əsasında İrandan 40 min, Türkiyədən 84 min erməni Azərbaycana köçürülmüşdü. Beləliklə, Azərbaycana elə bir tarixi zülm edilmişdi ki, xalqımız indi də bunun əziyyətini çəkir. Azərbaycan torpaqlarının Rusiya və İran arasında Araz çayı boyunca bölünməsi ilə Türkmənçay müqaviləsi başa çatmışdı. Bütünlükdə bu müqavilə 16 maddədən ibarətdir. Qarabağın işğalı, əslində, elə bu “sülh” müqaviləsinin imzalanması ilə başlanmışdır.

Həmin işğal və ilhaqlardan sonrakı iki əsrə yaxın tariximiz də daim ərazi itkilərimizlə müşayiət olunmuşdu. Kremlin Sovet dönəmində həyata keçirdiyi ermənipərəst siyasəti nəticəsində Zəngəzur mahalı daxil olmaqla xeyli ərazilərimiz parça-parça kəsilərək, Ermənistana birləşdirilmişdi. Üstəlik, Kremlin birbaşa dəstəyinə güvənən Ermənistan rəhbərliyi ötən əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş, viranəyə çevirmişdi.

Nə yaxşı ki, son onillikərdə Heydər Əliyev siyasi kursunun ardıcıllıqla davam etdirilməsi, xüsusən, Prezident İlham Əliyevin qətiyyətli və prinsipial addımları ilə Azərbaycan həm öz ərazilərini düşmən tapdağından təmizlədi, həm də bütün torpaqlarında suverenliyinin bərpasına nail oldu. Odur ki, bu sətirləri də Prezidentin fikirləri ilə yekunlaşdırmaq istəyirik.

Dövlət başçımız tarixdəki sağalmaz yaralarımız barədə danışarkən əzəli türk torpağı olan Zəngəzurun Sovet dövləti tərəfindən Azərbaycandan qoparılıb Ermənistana verilməsini böyük ədalətsizlik adlandıraraq demişdir: “Zəngəzurun o vaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları idi. Ona görə, bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır. Eyni zamanda, bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə bölünürdü. Eyni zamanda, böyük Türk dünyası iki yerə bölünürdü”.

İnanırıq ki, üzləşdiyimiz çoxsaylı məkrli planların ağır nəticələrinin aradan qaldırılması istiqamətində Ali Baş Komandanımızın atdığı bütün addımlar öz müsbət nəticələrini verəcəkdir.

İttifaq MİRZƏBƏYLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Fevral 2025 08:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda avtobusla toqquşan “Mercedes”in arxası “yoxa çıxdı” VİDEO

16 İyul 2026 15:32see314

“Sabah” 10 cu qalib

16 İyul 2026 00:18see289

Argentina yarımfinallarda uduzmur Altı oyunun hamısında final

16 İyul 2026 03:12see286

Baş nazirdən Şuşa barədə YENİ QƏRAR

15 İyul 2026 23:06see284

Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib

16 İyul 2026 06:56see280

Normal vaginal axıntı necə olmalıdır? Qadınların diqqətinə!

15 İyul 2026 23:03see260

ABŞ “yaşıl kartı” 100 min dollara SATACAQ

16 İyul 2026 11:20see253

İran yaralanan mülki şəxslərin sayını açıqladı

16 İyul 2026 02:02see250

Rəhmanın dostu da dənizdə boğulubmuş Video

16 İyul 2026 23:19see229

Santorini əvəzinə Serifos, Kapri əvəzinə Proçida: Avropada kəşf edilməyi gözləyən 5 ada

16 İyul 2026 03:04see179

İranda uşaq xəstəxanasının yaxınlığına raket atıldı

16 İyul 2026 03:11see179

Gəmi kapitanı Səmədin nəşi tapıldı

16 İyul 2026 21:16see178

Ərbakanın NATO sammiti ilə bağlı şərhi Ərdoğanı qəzəbləndirə bilər

16 İyul 2026 17:53see178

Brüsselə verilən siyasi mesaj: Avropa Bakıya möhtacdır

15 İyul 2026 19:04see175

Anar Quliyev: Azərbaycanın 79 şəhərindən 68 i üçün baş planlar hazırlanıb

16 İyul 2026 09:17see175

Məleykə Abbaszadə bakalavrlar üçün tövsiyələr verib

17 İyul 2026 00:34see174

Banqladeşdə qızılcadan ölənlərin sayı 779 a çatdı

16 İyul 2026 22:23see171

Qurban Qurbanov: “Belə hava şəraitində daha yaxşı oynadıq”

17 İyul 2026 02:29see170

İngiltərə mundialda qol vurmaq üzrə rekorda imza atıb

16 İyul 2026 02:05see168

Futbolda Messi sirri MÜTLƏQ OXUYUN

16 İyul 2026 02:01see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri