Icma.az
close
up
RU
Qaz limiti nə vaxt sıfırlanacaq? Rəsmi AÇIQLAMA

Qaz limiti nə vaxt sıfırlanacaq? Rəsmi AÇIQLAMA

Yanvarın 1-dən etibarən smartkart tipli sayğaclarda qaz limiti avtomatik olaraq yenilənəcək. Vətəndaşlar alacaqları qazı 1200 kubmetrlik limitlə əldə edəcəklər. Mexaniki sayğaclarda isə bu proses bir neçə gün sonraya qədər davam edə bilər.

Modern.az xəbər verir ki, "Azəriqaz"ın mətbuat katibi Eldəniz Vəliyev İTV-yə danışıb.

Onun sözlərinə görə, mexaniki sayğaclardan istifadə edən abonentlərin qaz limitinin sıfırlanması yanvarın 5-6-a qədər çəkə bilər:

“Mexaniki sayğacla bağlı yenilənmə prosesi yanvarın 5-ə təsadüf edirsə, növbəti 365 gün ərzində limitlə mavi yanacağı istifadə etmək mümkün olacaq”.

Smart tipli sayğaclarda limit sıfırlanan zaman balansda məbləğ qalarsa bu necə tənzimlənir?

“Abonentlər sıfırlanmaya qədər aldıqları, balanslarında olan yanacağı aldıqları qiymətlə istifadə edəcək. Aldığı yanacaq bitdikdən sonra isə sıfırlanmış tariflə öz yanacağını ala biləcək”- E.Vəliyev bildirib.

seeBaxış sayı:24
embedMənbə:https://modern.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri