Icma.az
close
up
RU
Qaz Şəbəkəmiz də ağıllı olacaq

Qaz Şəbəkəmiz də ağıllı olacaq

Azvision saytına istinadən Icma.az xəbər verir.


"Ağıllı Qaz Şəbəkəsi İdarəetmə Sistemi" layihəsinin əsas məqsədi abonentlərə qaz istehlakını izləmək, daha dəqiq hesablamalar aparmaq və rəqəmsal xidmətlərdən rahat istifadə imkanı yaratmaqdır. Layihə Azərbaycanda qaz paylama sisteminin qısa zamanda rəqəmsallaşdırılmasını, əməliyyat səmərəliliyinin artırılmasını və beynəlxalq enerji idarəetmə standartlarına uyğunlaşdırılmasını hədəfləyir.
COP29 çərçivəsində SOCAR ilə "Esyasoft Holding” LTD şirkəti arasında imzalanmış əməkdaşlıq sazişinin icrası çərçivəsində həyata keçirilən "Ağıllı Qaz Şəbəkəsi İdarəetmə Sistemi" layihəsi ölkənin davamlı inkişaf prioritetlərinə, rəqəmsal iqtisadiyyatının inkişafı strategiyasına uyğun olmaqla “Azəriqaz” İB”-nin rəqəmsal transformasiya hədəflərinə mühüm töhfə verəcək. Ətraf mühit dayanıqlılığı prinsiplərinə əsaslanan layihə qaz itkilərinin azaldılması və karbon emissiyalarının minimuma endirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Layihə abonentlər üçün bir sıra əhəmiyyətli üstünlüklər təqdim edir:
• İstehlak həcminin daha yüksək dəqiqliklə ölçülməsi, mobil tətbiq və onlayn platformalar vasitəsilə gündəlik izlənməsi;
• Müştəri müraciətlərinin süni intellektin köməyi ilə anında cavablandırılması;
• Qaz şəbəkəsində potensial təkmilləşdirmə imkanlarının vaxtında və effektiv şəkildə müəyyən edilməsi;
• Texniki proseslərdə dayanıqlılığın təmin olunması üçün operativ tədbirlərin görülməsi;
• Sayğac məlumatlarının avtomatik ötürülməsi nəticəsində ənənəvi oxuma proseslərinin optimallaşdırılması və mərhələli şəkildə aradan qaldırılması, təhlükəsizlik səviyyəsinin yüksəldilməsi və sistem etibarlılığının möhkəmləndirilməsi
Quraşdırma prosesi əhali abonentləri üçün tamamilə ödənişsiz olmaqla, sadə və operativ şəkildə həyata keçiriləcək. Rəsmi bildirişdən sonra bildirişdə göstərilən müddət ərzində abonentlər tərəfindən şərait yaradılacağı halda mütəxəssislərimiz 30–45 dəqiqə ərzində yeni ölçmə mexanizminin quraşdırma işlərini aparacaq və istifadə qaydaları barədə ətraflı məlumat təqdim olunacaq.
"Azəriqaz" İB-nin Baş direktoru Azər Məmmədov layihənin əhəmiyyətini vurğulayaraq bildirib:
"Bu təşəbbüs texnoloji yenilənmə ilə yanaşı, vətəndaşlara göstərilən xidmət keyfiyyətində yeni mərhələnin başlanğıcıdır. Rəqəmsal həllər sayəsində biz daha səmərəli, təhlükəsiz və dayanıqlı qaz təchizatı sistemini formalaşdırırıq. Qarşıdakı illərdə bu layihə Azərbaycanın qaz təchizatı infrastrukturunun rəqəmsal transformasiyasının əsas dayaqlardan birinə çevriləcək".
Qeyd edək ki, sözügedən layihənin icrası, həmçinin yerli mütəxəssislərin peşəkar inkişafına, qabaqcıl texnologiyaların ölkədə tətbiqinə və milli texnoloji potensialın gücləndirilməsinə mühüm töhfə verəcək.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://azvision.az
archiveBu xəbər 27 Aprel 2026 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see380

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see338

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see328

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see311

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see302

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see296

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see273

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see254

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see251

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see238

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see229

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see216

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see205

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see203

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see201

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see199

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see194

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see184

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see178

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri