Icma.az
close
up
RU
Qaz və işıqla bağlı yeni qərar DETALLAR

Qaz və işıqla bağlı yeni qərar DETALLAR

Icma.az bildirir, Metbuat portalına istinadən.

Qaz və işıq üçün yeni sabit aylıq tarif tətbiq olunacaq. Bununla bağlı "Elektroenergetika haqqında" və "Qaz təchizatı haqqında" qanunlara dəyişikliklər təklif edilib. İşıq və qaz qiymətlərinin formalaşmasında yeni qanun layihəsi nəyi dəyişir?

İqtisadçı Xalid Kərimli Metbuat.az-a açıqlamasında bildirib ki, bu, hələ layihədir və qanun halına gəlməsi üçün müvafiq prosedurlardan keçməli, parlament tərəfindən qəbul olunmalıdır.

Onun sözlərinə görə, bu model dünya praktikasında geniş yayılıb:

"Məsələn, ABŞ, Avropanın bir çox ölkələri, Qazaxıstan və Türkiyə bu yanaşmadan istifadə edirlər. Layihəyə əsasən, vətəndaş işıq və ya qazdan istifadə etməsə belə, minimal məbləğ ödəməli olacaq. Bu zaman sual yaranır ki, niyə istifadə olunmayan xidmətə görə ödəniş edilməlidir? Belə ki, işıq və qaz infrastrukturunun işlək vəziyyətdə qalması, qəza hallarında operativ xidmət göstərilməsi üçün dövlət böyük məbləğdə vəsait xərcləyir. Bu da vətəndaşlara istədikləri anda xidmətlərdən yararlanmaq imkanı yaradır. Yəni vətəndaş işıq və ya qazdan istifadə etməsə belə, həmin xidmətə hər an çıxış imkanı olduğu üçün sistem işlək vəziyyətdə saxlanılmalı, müvafiq xərclər qarşılanmalıdır. Bu xərclərin isə müəyyən dərəcədə vətəndaşlar tərəfindən ödənilməsi zəruridir".

X.Kərimli qeyd edib ki, qanun layihəsində bir neçə mexanizmin necə tənzimlənəcəyi müzakirə mövzusu olacaq:

"Burada əsas iki variant nəzərdə tutula bilər: sabit xidmət haqqı - istifadə etdiyimiz enerjidən asılı olmayaraq əlavə sabit məbləğin tarifə əlavə olunması və minimal ödəniş məbləği, yəni yalnız istifadə edilmədiyi halda da ödənilməsi tələb olunan məbləğin tətbiqi. Əgər sabit tarif minimal ödəniş kimi müəyyənləşəcəksə və bizim aylıq istehlakımız bu məbləği keçərsə, əlavə ödəniş tələb olunmayacaq. Bu isə, xüsusilə bir evi olan və orada yaşayan şəxslər üçün narahatlıq doğurmayacaq. Amma bir neçə mənzili və boş əmlakı olan şəxslər bu qanun qüvvəyə mindikdən sonra sabit tarif ödənişini etməli olacaqlar. Yəni, boş mənziliniz olsa belə, bu haqqı ödəməli olacaqsınız. Təbii ki, bu yanaşma müəyyən suallar doğuracaq. Xüsusilə də əhalinin həssas təbəqəsinin xərclərinin artması məsələsi gündəmə gələcək. Bu zaman ehtimal olunur ki, güzəştli mexanizmlər tətbiq olunacaq. Əgər bir evdə yaşayırıqsa və istehlakımız minimal ödəniş həddini aşırsa, həmin məbləğ əlavə olaraq tələb olunmayacaq. Bu halda, bir evi olan və aktiv istifadə edən vətəndaşlar üçün bu yeni model əlavə maliyyə yükü yaratmayacaq".

İqtisadçı bu dəyişikliyin bir neçə əmlakı olan şəxslər üçün əlavə xərclərə səbəb ola biləcəyini söyləyib:

"Bu modelin tətbiqində əsas məqsəd infrastrukturu mövcud və yaxşı vəziyyətdə saxlamaq, sektorun gəlirliliyini təmin etmək və bu sahəyə daha çox investisiyanın cəlb olunmasına nail olmaqdır. Digər səbəb isə iqtisadiyyatda “free rider” adlandırılan, yəni sistemdən ödəniş etmədən istifadə edənlərin qarşısını almaqdır. Bu, uzunmüddətli və dayanıqlı modeldir. Çox böyük ehtimalla qanun layihəsinin hazırlanması zamanı sosial cəhətdən həssas və yalnız bir mənzili olan vətəndaşların vəziyyəti nəzərə alınacaq".

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 18 İyun 2025 21:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see335

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see334

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see317

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see298

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see290

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see288

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see262

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see260

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see250

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see244

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see233

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see230

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see229

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see224

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see224

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see218

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see217

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see213

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see202

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri