Icma.az
close
up
RU
Qazax ekspert Qazaxıstan Azərbaycan münasibətlərinin tarixi kökləri və perspektivlərindən bəhs edib

Qazax ekspert Qazaxıstan Azərbaycan münasibətlərinin tarixi kökləri və perspektivlərindən bəhs edib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Astana, 29 aprel, AZƏRTAC

Hazırkı qlobal transformasiyalar fonunda dost ölkələr arasında əməkdaşlığın inkişafı xüsusi əhəmiyyət kəsb edir. Maqsut Narikbayev Universitetinin İdarə Heyəti sədrinin beynəlxalq əlaqələr və təşəbbüslər üzrə müşaviri Miras Jienbayev AZƏRTAC-a eksklüziv müsahibəsində Qazaxıstan ilə Azərbaycan arasında qarşılıqlı anlaşmanın dərinləşməsində elmi diplomatiyanın rolundan, əlaqələrin tarixi köklərindən, birbaşa ticarətin inkişaf etdirilməsi və mədəni əlaqələrin genişləndirilməsi perspektivlərindən danışıb.

- Sizcə, Qazaxıstan və Azərbaycanda ortaq tarixi köklərimizin dərinləşməsi üçün elmi ictimaiyyət tərəfindən hansı tədbirlər görülməlidir?

- Qazaxıstanın Azərbaycanla münasibətləri bəzi hallarda hesab edildiyi kimi, təkcə sovet dövrü ilə məhdudlaşmır və daha dərin tarixi köklərə malikdir. Bizim işimiz məhz ictimai şüurda belə stereotiplərin aradan qaldırılmasına yönəlib.

Azərbaycana gəldikdə, son illər siyasi və iqtisadi əlaqələrimizin real intibahı daha çox dövlət başçılarının güclü siyasi iradəsi ilə bağlıdır. Prezidentlər Kasım-Jomart Tokayev və İlham Əliyev şəxsən barmaqlarını ikitərəfli münasibətlərin inkişafı nəbzində saxlayırlar. Təsadüfi deyil ki, ötən il ən çox şəxsi görüşlər onların arasında olub.

Bu siyasi iradə daha da genişlənməli, təkcə tarixin öyrənilməsi ilə deyil, həm də bizim çoxillik əlaqələrimiz haqqında məlumatlılığın təbliği yolu ilə güclənməlidir.

Axı tarixin müxtəlif mərhələlərində xalqlarımız arasında heç vaxt ciddi hərbi-siyasi münaqişələr olmayıb. Əksinə, əcdadlarımız arasındakı diplomatik əlaqələr müasir respublikalar yaranmazdan çox əvvəl mövcud olub.

Onu da unutmaq olmaz ki, Qazaxıstanda xeyli sayda azərbaycanlı yaşayır. Ona görə də Xəzərin bizi ikiyə bölməsi ilə bağlı köhnəlmiş rəvayət yenidən nəzərdən keçirilməlidir. Bu gün biz yeni birləşdirici “Xəzər bizi ayırmır - birləşdirir” narrativi yaratmalıyıq.

- Qazaxıstanla Azərbaycan arasında birbaşa ticarətin daha da genişləndirilməsi üçün hansı addımları atmaq lazımdır?

- Bu gün Astanada və Qazaxıstanın digər şəhərlərində nəhayət ki, Azərbaycandan çoxlu mal və məhsullar peyda olub. Siz özünüz də yaxşı bilirsiniz ki, son illərdə baş verən geosiyasi dəyişikliklər ikitərəfli münasibətlərimizin intensivləşməsinə mühüm töhfə verib.

Biz qarşılıqlı ticarətin strukturuna yenidən baxmışıq. İndi biz üçüncü ölkələri keçərək birbaşa bir-birimizlə ticarət etməyə başlamışıq, halbuki, təqribən üç onillik ərzində ticarət axınlarımız vasitəçilər vasitəsilə həyata keçirilirdi. Bu gün birbaşa çatdırılma reallığa çevrilib və bu, şübhəsiz ki, mühüm nailiyyətdir.

Bu təcrübəni genişləndirmək lazımdır. Qazaxıstan vətəndaşları Azərbaycan mallarını mağaza rəflərində, Azərbaycan vətəndaşları isə qarşı tərəfin məhsullarını öz mağazalarında, restoranlarında, kafelərində və digər xidmət sahələrində nə qədər tez-tez görsələr, xalqlarımız arasında əlaqə də bir o qədər möhkəmlənəcək.

Bizim vəzifəmiz ölkələrimizin liderlərinin ardıcıl surətdə nümayiş etdirdiyi siyasi iradəni növbəti illərdə tam şəkildə həyata keçirməkdir. Bu gün biz artıq birbaşa hava nəqliyyatının və qarşılıqlı səfərlərin artımını müşahidə edirik və bu müsbət dinamika daha da inkişaf etməlidir.

Ona görə də iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və birbaşa təmasların inkişafı bizim prioritet məqsədimizdir.

- Qazaxıstan ilə Azərbaycan arasında birbaşa uçuşların artırılması xalqlarımız arasında mədəni və insani əlaqələrin möhkəmlənməsinə nə dərəcədə töhfə verə bilər?

- Qazaxıstanla Azərbaycan arasında, xüsusilə Bakı ilə Qazaxıstanın müxtəlif şəhərləri arasında mümkün qədər çox birbaşa reyslərin olması çox vacibdir.

Məhz şəxsi səyahətlər və birinci əldən təcrübələr vasitəsilə bir-birimizin mədəniyyətlərini kəşf edirik. Qeyd etmək lazımdır ki, qazaxlar Azərbaycana gələndə özlərini xaricdəki kimi hiss etmirlər: təməl dəyərlər səviyyəsində bizim xalqlar demək olar ki, eynidir. Bunun əsasını türk sivilizasiyasının ortaq tarixi kökləri təşkil edir.

Bu, özünü həm qazax, həm də Azərbaycan cəmiyyətlərinə eyni dərəcədə yaxın olan ailə adət-ənənələrinə, ağsaqqallara ehtiram, böyük ailə ziyafətləri mədəniyyətinə dərin hörmətdə göstərir.

Ona görə də insanlar arasında birbaşa əlaqələrin genişləndirilməsi strateji əhəmiyyətə malikdir. Onlar bir-birini istər ilk səfər, istər illər sonra qayıdış, istərsə də uzun fasilədən sonra yeni görüşlər yolu ilə nə qədər çox kəşf etsələr, xalqlarımız arasında qarşılıqlı anlaşma da bir o qədər möhkəmlənəcək.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Aprel 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see218

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see197

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see177

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see176

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see155

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see145

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see136

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see136

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see131

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see130

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri