Icma.az
close
up
RU
Almaniyanın XİN başçısı İsrail və “Hizbullah”ı atəşkəsə riayət etməyə çağırıb

Almaniyanın XİN başçısı İsrail və “Hizbullah”ı atəşkəsə riayət etməyə çağırıb

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniyanın xarici işlər naziri Yohann Vadeful İsrail və “Hizbullah”ı atəşkəsə riayət etməyə çağırıb.

Bu barədə Gununsesi.info DPA-ya istinadən xəbər verir.

“Mənim üçün ən vacib şey hər iki tərəfin atəşkəsə riayət etməsidir və mən onları yalnız buna çağıra bilərəm”, – Vadeful Livana səfəri zamanı bildirib.

O qeyd edib ki, “Hizbullah” silahı yerə qoymalı, Livan hökuməti hərəkatın tərksilahı üçün etibarlı, şəffaf və sürətli proses təmin etməlidir.

Nazirin sözlərinə görə, atəşkəsə riayət etməyin ən vacib şərti İsrail Ordusunun Livanın cənubundan çıxarılması və ölkənin suverenliyinin qorunmasıdır. Vadeful vurğulayıb ki, İsrailin şimaldakı təhlükəsizlik maraqlarına baxmayaraq, Təl Əviv Livan dövlətinə və ordusuna cənuba nəzarəti bərpa etmək imkanı verməlidir.

“Yalnız bu yolla davamlı sülhə nail olmaq olar”, – nazir deyib. O, əlavə edib ki, uzunmüddətli perspektivdə Livan və İsrail arasındakı sərhəd məsələsi də danışıqlar yolu ilə həll olunmalıdır.

Bundan əlavə, Almaniyanın XİN başçısı mandatı 2026-cı ildə başa çatacaq BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) mandat müddətinin uzadılması ideyasını Aİ-də təşviq etmək niyyətini açıqlayıb.

“Bu bölgədə sabitlik Avropada və Almaniyada təhlükəsizlik, sabitlik üçün vacib şərtdir”, – Vadeful vurğulayıb. O, əlavə edib ki, Almaniya hökuməti artıq UNIFIL-in mandatının bitməsindən sonrakı dövrü nəzərdən keçirir.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 31 Oktyabr 2025 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see278

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see277

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see260

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see236

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see223

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see193

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see187

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri