Qazax stadionunun güləş zalı yenidən qurulur
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Qazax, 25 may, AZƏRTAC
Qazax şəhər stadionunun ərazisində yerləşən güləş zalında əsaslı təmir işləri aparılır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsindən məlumat verilib.
Bildirilib ki, təmir işlərinə may ayının əvvəlindən başlanılıb. Yenidən qurulan güləş zalının ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Qazax şəhər mərkəzi stadionunda yerləşən güləş zalı 1984-cü ildən fəaliyyət göstərib. 2022-ci ildən isə yararsız vəziyyətə düşdüyü üçün fəaliyyətini dayandırıb.
Yenilənən güləş zalında eyni vaxtda 50-60 uşağın məşq keçməsi üçün şərait olacaq.
Müxbir – Ruslan Novruzoğlu
Bu mövzuda digər xəbərlər:“Neftçi”nin güləş zalı yenidən istifadəyə verildi
23 May 2026 11:10
Azərbaycan Güləş Federasiyası Qazax şəhərində seminar keçirib
26 Noyabr 2024 20:09
Azərbaycan Güləş Federasiyası Qazax şəhərində seminar KEÇİRDİ
26 Noyabr 2024 20:27
“Neftçi” İdman Klubunun güləş zalı yenidən istifadəyə verilib
18 Dekabr 2024 10:13
Azərbaycan Güləş Federasiyası Qazax şəhərində seminar keçirib FOTOLAR
26 Noyabr 2024 20:38
Baxış sayı:118
Bu xəbər 25 May 2026 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















