Icma.az
close
up
RU
Qazaxda 8 noyabr Zəfər Gününə həsr olunmuş “Azərbaycan Zəfərlər ölkəsidir” mövzusunda tədbir keçirildi

Qazaxda 8 noyabr Zəfər Gününə həsr olunmuş “Azərbaycan Zəfərlər ölkəsidir” mövzusunda tədbir keçirildi

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

YAP Qazax rayon təşkilatının və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində tarixi Qələbəmizin 5-ci ildönümününə həsr olunmuş “Azərbaycan Zəfərlər ölkəsidir” mövzusunda  tədbir keçirildi.

Tədbir Qazax şəhərinin mərkəzində yerləşən Şəhidlər Xiyabanının ziyarətilə başlandı.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ümummilli Lider Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev tədbiri açaraq iştirakçıları salamladı, “Konstitusiya və Suverenlik İli” çərçivəsində  keçirilən tədbir barədə ətraflı  məlumat  verərək  onları Möhtəşəm Zəfərin  5-ci ildönümü münasibətilə təbrik etdi. Rayon təşkilatının sədri bildirdi ki, 2025-ci il Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Möhtəşəm Qələbəmizin 5-ci ildönümüdür. Beş il əvvəl  Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Azərbaycan xalqının mübarizliyi və iradəsi, iqtisadi və hərbi gücü, əsgər və zabitlərimizin fədakarlığı, xalq-iqtidar birliyi, Lider - xalq sevgisi nəticəsində ölkəmizin tarixi qələbəsi təmin edildi. Natiq onu da qeyd etdi ki, bu gün də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində geniş bərpa-quruculuq işləri sürətlə davam etdirilir, Qarabağ və Şərqi Zəngəzurda ən müasir infrastruktur layihələr reallaşdırılır, “Böyük Qayıdış” proqramı uğurla icra olunur, uzun illər sonra öz yurd-yuvalarına geri dönən soydaşlarımızın rahat yaşayışı üçün bütün şəraitlər yaradılır. Sonda A.Nəbiyev müstəqil, suveren Azərbaycanın Konstitusiya quruluşunun bütün suveren ərazilərimizdə bərqərar olmasından, üçrəngli bayrağımızın işğaldan azad olunmuş bütün ərazilərdə əzəmətlə dalğalanmasından danışaraq tədbir iştirakçılarını  8 noyabr  - Zəfər  Günü münasibətilə təbrik etdi.

Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev tədbir iştirakçılarını Möhtəşəm Zəfərin 5-ci  ildönümü münasibətilə təbrik edərək Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qəhrəman şəhidlərimizin, igid qazilərimizin, cəsur hərbiçilərimizin keçdiyi şərəfli döyüş yolundan, misilsiz qəhrəmanlığından ətraflı danışdı. M. Alıyev mövcud Azərbaycan reallıqlarından, Ulu Heydər Əliyev siyasi kursunun bu gün Möhtərəm Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsindən, Azərbaycanın zaman - zaman öz hədəflərinə çatmasından  geniş bəhs etdi və tədbir iştirakçılarına bayram əhval - ruhiyyəsi arzuladı.

Tədbirdə partiya fəallarından Samir Çobanov, Esmira Şıxməmmədova, Pəri İbrahimova,  şəhid atası Elxan Abdullayev 8 noyabr  - Zəfər  Günü ilə bağlı ətraflı çıxış etdilər. Partiya veteranı şair Cavanşir Rüstəm və Kazım Kazımlı Möhtəşəm Zəfərə həsr etdikləri şeirlərini səsləndirdilər.

Qazax Dövlət Sosial İqtisadi Kollecinin tələbələri Zəfər Gününə həsr olunmuş müxtəlif ədəbi - bədii kompazisiya ilə çıxış etdilər.

Tədbirin sonunda YAP Qazax rayon təşkilatının yaradılmasında, təşkilatlanmasında və inkişafında xüsusi xidmətlərinə görə bir qrup partiya veteranı YAP Qazax rayon təşkilatının Fəxri Fərmanı ilə təltif olundu, onlara hədiyyələr verildi.

YAP sıralarına yeni qəbul olunmuş gənclərə partiya üzvlük vəsiqələri təqdim edildi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Noyabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see253

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see243

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see212

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see207

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see176

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see158

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see148

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see145

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see142

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see139

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see139

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see138

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see135

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see135

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri