Icma.az
close
up
RU
Qazaxda “Çağdaş təhsildə təşkilatlanma: Yeni nəsil tərbiyəsi” mövzusunda forum keçirilib

Qazaxda “Çağdaş təhsildə təşkilatlanma: Yeni nəsil tərbiyəsi” mövzusunda forum keçirilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 4 may, AZƏRTAC

Mayın 3-də Qazax Müəllimlər Seminariyası – ADA Universitetinin Qazax Mərkəzində “Çağdaş təhsildə təşkilatlanma: Yeni nəsil tərbiyəsi” mövzusunda forum keçirilib. Tədbir Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı, Qazax-Tovuz Regional Təhsil İdarəsinin tərəfdaşlığı və “Azərbaycan müəllimi” qəzetinin informasiya dəstəyi ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, forum iştirakçıları tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Qazax şəhərindəki abidəsini ziyarət ediblər, abidəsi önünə gül dəstələri düzüblər. Daha sonra forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.

Qazax Müəllimlər Seminariyası - ADA Universitetinin Qazax Mərkəzinin əməkdaşı Yeganə Göyüşova çıxış edərək forumun işinə uğurlar arzulayıb. Eyni zamanda, Qazax Müəllimlər Seminariyası-ADA Universitetinin Qazax Mərkəzinin tarixini qısa şəkildə şərh edib.

Rəsmi açılış mərasimində Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov və AGMA-nın sədri Pərvinə Qədimova çıxış edərək forumun məqsədi və əhəmiyyəti barədə danışıblar. Natiqlər müasir təhsil sistemində yeni nəslin düzgün tərbiyəsinin aktuallığını vurğulayıblar.

Forum çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Mehriban Vəliyeva və ARTİ-nin Təlimin nəzəriyyəsi və metodikası şöbəsinin müdiri Aynur Paşayeva çıxış edərək çağdaş təhsil mühitində tətbiq edilən yeniliklər və pedaqoji yanaşmalar barədə fikirlərini bölüşüblər.

Gənc alim, elm üzrə Prezident mükafatçısı Elnur Həsənov çıxışında regionlarda təşkil edilən bu cür forumları yüksək qiymətləndirib. O, 100 illik tarixə malik olan "Məcmuə. Muhəmməd Rəfi-əd-din" kitabı Pərvinə Qədimovaya təqdim edib.

Rəsmi hissədən sonra bədii hissədə müxtəlif təhsil müəssisələrindən olan şagirdlər mahnılar ifa edib, kompozisiyalarla çıxış ediblər.

Forum işini panel müzakirə ilə davam etdirib. Moderatorluğu AGMA-nın sədr müavini Səltənət Qurbanova edib.

Panel müzakirəsində spikerlər – Ağstafa rayonu İlqar Salıfov adına Dağ Kəsəmən kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Vüsal Həsənov, Şəmkir rayonu Seyfəli kənd tam orta ümumtəhsil məktəbinin informatika müəllimi Rəna Heydərzadə və Gədəbəy şəhəri İlham Əliyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi Orxan Məmmədov çıxış ediblər. Onlar şagirdlərdə dəyər yönümlü yanaşmaların formalaşdırılması, müəllim nümunəsinin rolu və sosial mühitin təsiri haqqında fikirlərini iştirakçılarla bölüşüblər.

Forum qarşılıqlı müzakirə və sualların cavablandırılması ilə yekunlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 May 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri