Icma.az
close
up
RU
Qazaxın 4 kəndinə tezliklə qayıdış olacaq deputat

Qazaxın 4 kəndinə tezliklə qayıdış olacaq deputat

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2024-cü il may ayının 24-də Qazax rayonunun 30 ildən çox işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri Ermənistanla delimitasiya və demarkasiya çərçivəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Həmin kəndlərin yüksək səviyyədə bərpa olunması və əhaliyə təhvil verilməsi gözlənilir.

Modern.az saytı hazırda bu kəndlərdəki son durum və görülən işlər haqda məlumat öyrənmək üçün
Qazaxın deputatı, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla əlaqə saxlayıb.

Saytımıza açıqlamasında o bildirib ki, Qazaxın ən gözəl kəndləri həm coğrafi mövqeyinə, həm təbiətinə, həm də emosional-psixoloji dəyərinə görə elə bu 4 kənddir.

“Qazax həm I, həm də II Qarabağ döyüşlərində qəhrəmanlıq göstərib, bir addım da geri çəkilməyib. Ancaq çox təəssüflər olsun ki, Ermənistan tərəfindən faşistlər tərəfindən zəbt olunanda bu kəndlərdə soyqırımı həyata keçirilmişdi. Körpələr diri-diri yandırılmışdı. Ağılasığmaz cinayətlər törədilmişdi. Azərbaycan xalqı yenə də öz müdrikliyini, səbrini bütün dünyaya nümayiş etdirdi”.

Deputat qeyd edib ki, bu 4 kəndin qaytarılması birbaşa Prezident siyasətinin təntənəsidir:

“Ona görə ki, güllə atılmadan, danışıqların nəticəsi əsasında erməni silahlı qüvvələri həmin kəndlərdən çıxarılıb və Azərbaycan Ordusu artıq o kəndlərdə mövqelərini gücləndirib. O hadisə baş verəndən bir neçə həftə sonra imkan yarandıqda hərbçilərimiz və rayonun rəhbərliyi ilə o kəndlərin hər birində oldum. Həmin kəndlərdə çox yüksək təhlükəli vəziyyət var idi. Çünki hər yer minalanmışdı və özündə ölüm təhlükəsi daşıyırdı. Biz çox təcrübəli hərbçilərimizin müşahidəsi ilə kəndləri gəzib baxdıq”.

S.Seyidov vurğulayıb ki, kəndlər azad olunduqdan dərhal sonra Böyük Qayıdış layihəsi çərçivəsində bərpa və layihələndirmə işlərinə başlanılıb:

“O kəndlərə həyatın qayıtması üçün dağılmış, sökülmüş, oğurlanmış binaların bərpası ilə bağlı layihələndirmə işləri dərhal başlanmışdı. Rayonun rəhbərliyi, xüsusilə Azərbaycan hökumət nümayəndələri ilə bir yerdə bu məsələlərdə aktiv iştirak edib, edir və bundan sonra da edəcək”.

Deputat bildirib ki, həmin kəndlərin sakinləri hazırda əsasən Qazaxda yaşayırlar və öz doğma yurdlarına qayıtmağı gözləyirlər:

“Bir mühüm məsələ də ondan ibarətdir ki, həmin kəndlərdən çıxan insanlar Azərbaycanın müxtəlif rayonlarına səpələnməyiblər. Onlar Qazaxdadırlar. Əksəriyyəti dövlət tərəfindən tikilmiş və onların istifadəsinə verilmiş binalarda yaşayırlar. Ona görə onlar səbirsizliklə öz kəndlərinə qayıtmağı gözləyirlər”.

Komitə sədri əlavə edib ki, hazırda layihələndirmə, minalardan təmizləmə və yenidənqurma prosesi aktiv şəkildə davam edir:

“Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin komissiyasının rəhbərliyi altında bir neçə dəfə orada həm ermənilərlə delimitasiya və demarkasiya ilə bağlı görüşlər keçirilib, həm də ümumiyyətlə, bu kəndlərin layihələndirilməsi, kəndlərin yenidən tikilib istifadəyə verilməsi və sakinlərə qaytarılması məsələsi müzakirə olunub. Bu proses olduqca aktiv şəkildə gedir. Bu proses faktiki olaraq başlayıb. Layihələndirmə, ərazilərin minalardan təmizlənməsi prosesi, konkret arxitekturanın planlaşdırılması, məişət obyektlərinin müəyyən olunması, məktəblərin tikilməsi, tibb mərkəzlərinin müəyyən olunması – bütün problemlər hazırda müzakirə olunur. Qısa müddət sonra biz orada real dəyişiklikləri görəcəyik. İnşallah, bu məsələlərin canlı şahidlərinə çevriləcəyik. Mən çox sevinirəm ki, bu kəndlər Qazaxa qaytarılıb və Qarabağda olduğu kimi həmin kəndlərə də sakinlərin qayıdacağını görəcəyik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 May 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri