Icma.az
close
up
RU
Qazaxın 4 kəndinin bərpasına nə mane olur? Deputat danışdı

Qazaxın 4 kəndinin bərpasına nə mane olur? Deputat danışdı

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

2024-cü il may ayının 24-də Qazax rayonunun işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Həmin kəndlərin yüksək səviyyədə bərpa olunması və əhaliyə təhvil verilməsi gözlənilir.

Modern.az saytı hazırda bu kəndlərdəki son durum və görülən işlər haqda məlumat öyrənmək üçün
Qazaxın deputatı, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla əlaqə saxlayıb.

O, saytımıza açıqlamasında bildirib ki, Qazaxın kəndlərinin bərpası ciddi nəzarət altındadır:

“Hesab edirəm ki, Qazax rayonunun işğaldan azad olunmuş kəndləri olduqca qısa müddətdə yüksək səviyyədə bərpa olunacaq. Həmin kəndlərin sakinləri öz yurdlarına qayıda biləcəklər. Qaçqın və köçkünlər Qazaxdan uzaqda deyillər, yaxın kəndlərdə məskunlaşıblar və səbirsizliklə bərpa işlərinin yekunlaşdırılmasını gözləyirlər. Bu məsələlər üçün büdcədən maliyyə də nəzərdə tutulub, proses layihələşdirilir, planlaşdırma aparılır və hazırlıq işləri artıq gedir. Bu, ən vacib məsələlərdən biridir”.

“Qazaxın 4 kəndi bütün Qarabağ kimi tikilib bərpa olunacaq”

Komitə sədri qeyd edib ki, azad olunan 4 kəndi qarış-qarış şəxsən gəzib:

“Həmin kəndlər Qazax rayonunun ən gözəl yaşayış məntəqələridir. Bu kəndlərdə ən ciddi problem ermənilər tərəfindən hər yerdə basdırılmış minalardır. Əslində proseslərə əngəl törədən də budur. Başqa bir maneə yoxdur. O kəndləri gəzəndə vəziyyətin nə dərəcədə təhlükəli olduğunu öz gözümlə gördüm. Düzdür, hökumət proses üzərində işləyir və əlindən gələni edir. Ancaq anlamaq lazımdır ki, bu məsələ çox çətin və mürəkkəbdir. Qazaxın 4 kəndinə insanların geri qayıtması çox şeylərdən - təmizləmə, tikinti məsələlərindən asılıdır. Hökumət artıq bu işlərə çox ciddi şəkildə başlayıb. Həm layihələrin təqdim olunması, eyni zamanda təhlükəsizliyin təmin edilməsi istiqamətində işlər gedir. Ən əsası, kəndlər ən yaxın dövrdə bərpa edilb insanlara təhvil veriləcək. Oradan olan isakinlərlə mütəmadi olaraq görüşürük. Onlar bu prosesin bitməsini səbirsizliklə gözləyirlər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 May 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri