Icma.az
close
up
RU
Qazaxın azad edilmiş 4 kəndinə əhali nə vaxt geri qayıdacaq?

Qazaxın azad edilmiş 4 kəndinə əhali nə vaxt geri qayıdacaq?

Icma.az, Bizim media saytına istinadən bildirir.

2024-cü il may ayının 24-də Qazax rayonunun işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. Həmin kəndlərin yüksək səviyyədə bərpa olunması və əhaliyə təhvil verilməsi gözlənilir.  Artıq kəndlərin azad olunmasından 1 ildən çox vaxt keçib.
Bizim.Media xəbər verir ki, modern.az  "Bu dövr ərzində kəndlərdə hansı işlər görülüb, son durum nə yerdədir?" kimi suallara cavab tapmaq üçün Qazaxın deputatı, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla əlaqə saxlayıb.
O, açıqlamasında bildirib ki, Qazaxın kəndlərinin bərpası məsələsi ciddi nəzarət altındadır:
"Qürur duyuruq ki, 4 kəndimiz qaytarılıb. Dövlət tərəfindən həmin kəndlərin bərpa olunmasına xüsusi diqqət yetirilir. Həmin kəndlərin yüksək səviyyədə bərpa olunması, sakinlərin köçürülməsi istiqamətində bütün lazımi hazırlıq işləri aparılır. Rayon rəhbərliyi ilə bir yerdə hökumət bərpa layihəsinin üzərində ciddi işləyir. Bu istiqamətdə sakinlərlə görüş də var. Deputat kimi, o 4 kəndi qarış-qarış gəzmişəm. Orada ən ciddi, çətin problem ondan ibarətdir ki, hər bir qarış faktiki olaraq minalanıb və özündə böyük təhlükə ehtiva edir. 
 

Bu prosesin də zərərsizləşdirilməsi istiqamətində işlər nəzarət altındadır. İşlər Böyük Qaydış planı çərçivəsində görülür. Sevindirici haldır ki, Azərbaycan Prezidenti artıq beynəlxalq səviyyədə də elə addmlar atdı ki, bu prosesin ən yüksək səviyyədə həyata keçməsi üçün zəmin yaranıb.


Vaşinqtonda paraflanmış sülh müqaviləsi, delimitasiya və demarkasiya proseslərinin sürətlənməsi, bu yaxınlarda yenə də Azərbaycan Baş nazirinin müavini ilə Ermənistan tərəfindən məsul şəxslərin görüşü... Əminik ki, bu proseslər öz məntiqi nəticəsinə  çatacaq. Bu 4 kənddən olan sakinlər geri qayıdacaq, onlar heç də uzaqda yaşamırlar. Əksəriyyəti Qazaxın kəndlərindədir. Onlar üçün indi də şərait yaradılıb. Ancaq onların da, bizim də istəyimiz tezliklə öz dədə-baba torpaqlarına qayıtmalarıdır".
Komitə sədri vurğulayıb ki, hazırda minadan təmizlənmə, layihələndirmə işləri görülür:
"Bu, olduqca çətin prosesdir. Konkret layihələrin həyata keçirilməsi ciddi təhlil olunmalıdır. O kəndlərdə bir  salamat ev qoymayıblar. Ona görə də kəndləri faktiki sıfırdan həyata qaytarmalıyıq. Bunun üçün də ciddi hazırlıq işləri görülməlidir".
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Sentyabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri