Icma.az
close
up
RU
Qazaxıstan Azərbaycan üçün hər zaman dost və qardaş ölkə olub

Qazaxıstan Azərbaycan üçün hər zaman dost və qardaş ölkə olub

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rövlan Heydərov,

YAP Naftalan şəhər təşkilatının sədri 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verib. Qeyd edək ki, Prezident İlham Əliyev Sankt-Peterburqa MDB Zirvə görüşünə uçarkən Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması barədə məlumatlandırılmışdır, dərhal göstəriş verərək və təyyarə geri - Bakıya dönmüşdür. Hadisə ilə əlaqədar ölkə başçısının göstərişilə Dövlət Komissiyası yaradılmışdır və müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə dərhal ezam edilmişdir. Çünki onlar dərhal işə başlamalı idi. İlk növbədə, təyyarənin qalıqlarının vəziyyəti ilə tanış olmalı idilər, yerində müşahidə aparmalı idilər, video və fotomateriallar əldə etməli və onları ictimaiyyətə təqdim etməli idilər. Eyni zamanda, Azərbaycan həkimlərindən ibarət qrup ezam edilmişdi. Baxmayaraq ki, Qazaxıstan tərəfi yaralıları sağaltmaq və onlara tibbi xidmət göstərmək üçün əlindən gələni əsirgəmirdi. Eyni zamanda, mənim göstərişimlə Azərbaycan Baş Prokurorluğu cinayət işi açmışdır və bilirəm ki, həm Qazaxıstanda, həm Rusiyada oxşar addımlar atılmışdır.

Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Ola bilər ki, təyyarə zədə alanda, zərbə alanda pilot bunu quşların təyyarə ilə toqquşması kimi qəbul edə bilərdi. Çünki heç kimin ağlına gələ bilməzdi ki, bizim üçün dost olan ölkədə bizim təyyarəyə yerdən atəş açılsın. Ancaq təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək lazım idi.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın  bu məsələni beynəlxalq ekspertlərin iştirakı ilə obyektiv araşdırma tələb etdiyini də vurğuladı. Rusiya tərəfindən daha çox öz nümayəndələrindən ibarət olan Dövlətlərarası Aviasiya Komitəsinin bu araşdırmaya rəhbərlik etməsi təklif edilsə də, bu, bizim tərəfdən qəbul edilmədi. Azərbaycan hökuməti, məsələnin tam təfərrüatlarının üzə çıxması üçün “qara qutu”ların təhlilini və obyektiv beynəlxalq araşdırmanı dəstəklədi. Bu qərar DAK-ın Rusiya məmurları ilə sıx əlaqələrinə və obyektivliyə olan inamsızlıqla əsaslandırıldı. Azərbaycan, Qazaxıstan və Rusiyanın, o cümlədən DAK-ın nümayəndələri ilə yanaşı, təyyarənin istehsalçı şirkəti – “Embraer”in, Braziliyanın müvafiq qurumlarının ekspertlərinin iştirakı ilə beynəlxalq işçi qrup yaradıldı. Dövlət başçısı müsahibəsində “qara qutu”lar açılandan sonra və daha detallı məlumat əldə etdiyimiz halda məsələnin tam təfərrüatlarının üzə çıxacağını qeyd etmişdir. Həmçinin, Azərbaycan Prezidenti təyyarə ekipajının peşəkarlığını yüksək qiymətləndirmişdir. Təyyarənin idarə olunmaz vəziyyətdə olmasına baxmayaraq, ekipaj qəza enişi etməyə nail olub, nəticədə sərnişinlərin çoxu xilas edilmişdir.

Hadisə zamanı Qazaxıstan xilasediciləri və tibb personalı tərəfindən göstərilən yardım Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildi.Faciənin baş verdiyi andan Qazaxıstan Respublikası öz köməyini əsirgəməmişdir. Qəzanın ardınca fövqəladə hallar, təcili yardım xidmətlərinin əməkdaşlarının qəza yerində işlədiyi görünür. Qazaxıstan tərəfi də faciəyə yüksək operativlik və həssaslıq nümayiş etdirmişdir. Qısa zamanda iki ölkənin müvafiq orqanları arasında birbaşa məlumat mübadiləsi yaradıldı. Hadisə yerində xilasetmə işlərinə başlanıldı, eyni zamanda yaralılar üçün qan verən yerli sakinlərdən də kömək gəldi. Başlıcası, onu bildirmək lazımdır ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə qəza ilə bağlı Dövlət Komissiyası yaradılıb. Həmçinin təyyarənin qəzaya uğraması ilə nəqliyyat vasitəsinin istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olması maddəsi ilə cinayət işi açılıb. Bundan əlavə, Qazaxıstan və Azərbaycan ombudsmanları tərəfindən işçi qrupu yaradılıb. Qazaxıstan Qan Bankı Mərkəzi xəsarət alanların müalicəsi üçün qan verilməsinə ehtiyac olduğunu elan etdikdən sonra qanvermə aksiyasına qoşulmaq üçün yüzlərlə insan toplaşıb. Qazaxıstan ictimaiyyəti dərin anlayış nümayiş etdirdi: Azərbaycanın Qazaxıstandakı səfirliyi qarşısında gül dəstələri qoyuldu. Həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq Qazaxıstanın Aktau, Kurık və Bautino limanlarında Xəzər dənizinə əklillər buraxılıb. Bu cür addımlar faciələr zamanı beynəlxalq həmrəyliyin vacibliyini göstərir ki, qazax xalqı da gördüyümüz kimi, əlindən gələnini etdi.

Hələ Qarabağ münaqişəsi zamanı ölkəmizi dəstəkləyən və işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərində fəal iştirak edən Qazaxıstanın, bu ağır günlərimizdə xalqımıza dəstəyi onun dost və qardaşlığa sadiqliyinin açıq göstəricisidir!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Yanvar 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see171

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see142

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see134

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see132

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see131

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see130

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see128

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri