Icma.az
close
up
RU
Qazaxıstan Azərbaycana dost və qardaş ölkədir Politoloq

Qazaxıstan Azərbaycana dost və qardaş ölkədir Politoloq

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ekspert vurğulayıb ki, tarixi birliyimiz və türk kimliyimiz ölkələrimizin ortaq nöqtəsidir 


"Ölkələrimizin xalqları eyni soy-kökdən gəlir. Həm iqtisadi, həm də mədəni əlaqələr yüksək səviyyədədir”



Prezident İlham Əliyev Qazaxıstan Baş naziri Oljas Bektenovu qəbul edib. Dövlət başçısı bir çox sahələri əhatə edən münasibətlərimizin dinamik inkişafından məmnunluğunu bildirərək, Prezident Kasım-Jomart Tokayevlə həm Azərbaycanda, həm də Qazaxıstanda mütəmadi görüşlərini xatırlayıb. Qazaxıstan Prezidentinin ötən il Azərbaycanda keçirilən COP29-da iştirakına görə bir daha minnətdarlığını bildirən Prezident İlham Əliyev deyib ki, bu, Qazaxıstanın ölkəmizlə həmrəyliyini nümayiş etdirib, həmçinin konfransın uğurla yekunlaşmasına öz töhfəsini verib. Dövlət başçısı COP29-da bir sıra vacib məsələlərin razılaşdırıldığını, eyni zamanda, ölkələrimizi daha da yaxınlaşdıracaq layihələrin formalaşdırıldığını qeyd edib. Prezident İlham Əliyev Qazaxıstanın Baş nazirinin ölkəmizə səfəri zamanı vacib layihələrin ətraflı müzakirə olunacağına, əldə edilmiş razılıqların həyata keçiriləcəyinə və bütün istiqamətlər üzrə gələcəkdə də sıx əməkdaşlığın aparılacağına ümidvarlığını bildirib. Xalqlarımızın qardaş xalqlar olduğunu deyən dövlət başçısı vurğulayıb ki, bu, qarşılıqlı münasibətlərimizin tarixi boyu dəfələrlə sübut olunub. Azərbaycanın və Qazaxıstanın sosial-iqtisadi inkişaf sahəsində yaxşı göstəricilər nümayiş etdirən qardaş dövlətlər olduğunu söyləyən Prezident İlham Əliyev beynəlxalq arenada, bölgəmizdə və daha geniş regionda ölkələrimizin vacib roluna toxunub. Qəbula görə dövlətimizin başçısına minnətdarlığını ifadə edən Oljas Bektenov Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin salamlarını Prezident İlham Əliyevə çatdırıb. Azərbaycan Prezidenti salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Kasım-Jomart Tokayevə çatdırmağı xahiş edib. Qazaxıstanın Baş naziri deyib ki, Azərbaycan Prezidentinin də vurğuladığı kimi, ölkələrimiz arasında əlaqələr inkişaf edir və o, bu məsələdə Azərbaycan və Qazaxıstan prezidentlərinin etimada əsaslanan münasibətlərinin rolunu qeyd edib. Əlaqələrimizin potensialına toxunan Oljas Bektenov bildirib ki, Qazaxıstan və Azərbaycan hökumətləri hər iki ölkənin prezidentləri arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün səy göstərirlər. O, bu xüsusda dövlət başçılarının tapşırıqlarına uyğun olaraq, Transxəzər multimodal nəqliyyat marşrutunun inkişafı üzrə fəal iş apardıqlarını deyib və bu marşrutla yük axınının ötən il 60 faiz artdığını diqqətə çatdırıb. Söhbət zamanı hərtərəfli əməkdaşlığımızın inkişafından məmnunluq ifadə olundu, son üç ildə ölkələrimiz arasında illik ticarət dövriyyəsinin təxminən 3 dəfə artdığı, nəqliyyat dəhlizləri üzrə yüklərin, o cümlədən tranzit yüklərin daşınmasında artımın davam etdiyi vurğulanıb. Azərbaycanda və Qazaxıstanda yaradılmış birgə investisiya fondu vasitəsilə investisiya layihələrinə dəstək verilməsi, neft-qaz sahəsində birgə layihələrin həyata keçirilməsi, o cümlədən Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə daşınma həcminin artırılmasının perspektivləri ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin yaşıl enerji sahəsində COP29 çərçivəsində imzalanmış sualtı kabel xətti ilə Azərbaycan və Qazaxıstan energetika sisteminin birləşdirilməsi və yaşıl enerji sahəsində əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb. Qazaxıstan Baş naziri Oljas Bektenov Azərbaycan Baş naziri Əli Əsədovla da görüşüb. Onlar ikitərəfli gündəliyin cari məsələlərini müzakirə ediblər. Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi və genişləndirilməsinə qarşılıqlı sadiqlik təsdiq edilib.

Ə.Əsədov AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasından sonra axtarış-xilasetmə əməliyyatının aparılmasında Qazaxıstan hökumətinin operativ reaksiyasına, habelə fəlakətin səbəblərinin araşdırılmasında köməyə görə O.Bektenova təşəkkür edib. Qarşılıqlı səfərlərin və yüksək səviyyədə görüşlərin iki ölkə arasında münasibətlərin bütün spektri üzrə səmərəli qarşılıqlı fəaliyyətə zəmin yaratdığı vurğulanıb.



Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında deyib ki, Qazaxıstan Azərbaycana dost və qardaş ölkədir. Ekspert vurğulayıb ki, tarixi birliyimiz və türk kimliyimiz ölkələrimizin ortaq nöqtəsidir:

seeBaxış sayı:148
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Mart 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri