Icma.az
close
up
RU
Qazaxıstan “İbrahim Sazişi”nə qoşulmasının pərdəarxası Yaxın Şərqdən Mərkəzi Asiyaya uzanan diplomatik oyun

Qazaxıstan “İbrahim Sazişi”nə qoşulmasının pərdəarxası Yaxın Şərqdən Mərkəzi Asiyaya uzanan diplomatik oyun

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp Qazaxıstanın “İbrahim Sazişləri”nə rəsmən qoşulduğunu açıqlayıb. Bu bəyanat Vaşinqtonun Orta Şərq diplomatiyasında yaratdığı yeni siyasi xəttin daha bir dövlət tərəfindən qəbul edildiyini göstərir. Azərbaycanın da sazişə qoşulacağı ilə bağlı ehtimallar gündəmə gəlib.  Qlobal miqyasda “İbrahim Sazişləri”nin genişlənməsi hansı yeni bloklaşma tendensiyasının işarəsidir?

Tramp administrasiyası Mərkəzi Asiya ölkələri ilə münasibətlərdə hansı yeni istiqamətləri müəyyənləşdirmək istəyir? Həqiqətən Azərbaycan da bu sazişə qoşula bilərmi? 

Mövzu ilə bağlı Moderator.az-a danışan siyasi şərhçi Zeynal Əmrəliyev bildirib ki, son vaxtlar Qərb ölkələrinin Mərkəzi Asiya ilə əlaqələri nəzərəçarpacaq dərəcədə güclənib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Mərkəzi Asiya liderlərini Ağ Evə dəvət etməsi mühüm əhəmiyyət kəsb edən məsələdir:

“Bu kontekstdə xüsusilə Qazaxıstanın fəallığı diqqət çəkir. Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev Qərbə yaxın mövqeyi ilə tanınan siyasətçidir. O, uzun illər BMT-də çalışıb, baş katibin müavini vəzifəsini tutub və ABŞ diplomatik dairələrini yaxşı tanıyır. Nəticədə, Qazaxıstan “İbrahim Sazişləri”nə qoşulub. “İbrahim Sazişləri”nin mahiyyəti əsasən İsraillə münasibətləri gərgin olan ərəb ölkələrinin diplomatik əlaqələri normallaşdırmaq təşəbbüsünə əsaslanır. Ərəb ölkələri və İsrail arasında imzalanan bu müqavilə onunla əsaslanır ki, hamımız İbrahim peyğəmbərin övladlarıyıq. Buna görə də sənəd “İbrahim Sazişi” adını alıb. Lakin bu razılaşmaya kənar dövlətlərin qoşulması bir qədər maraqlı məsələdir. Çünki kənar  ölkələrin sazişə qoşulmasının məntiqi əsası yoxdur. Qazaxıstanla İsrail arasında hər hansı bir gərginliyin olduğu indiyə qədər müşahidə olunmayıb".

Siyasi şərhçi əlavə edib ki, Azərbaycan İsraillə çox yüksək səviyyəli münasibətlərə malikdir:

“Müsəlman dünyasında İsrailə ən yaxın ölkə məhz Azərbaycandır. Bununla yanaşı, Bakı Fələstin məsələsində İslam Əməkdaşlıq Təşkilatının mövqeyini bölüşür. Belə bir şəraitdə Azərbaycan və Qazaxıstan kimi dövlətlərin “İbrahim Sazişləri”nə qoşulmasının real siyasi və praktiki əhəmiyyəti hələ tam aydın deyil. “İbrahim Sazişi, mahiyyət etibarilə, ərəb ölkələrinin İsraillə münasibətlərini normallaşdırmaq məqsədilə irəli sürülmüş bir razılaşmadır. Onun daha da genişləndirilməsi və fərqli ölkələri əhatə etməsi o qədər də ciddi əhəmiyyət daşımır. Yaxın Şərq coğrafiyasından kənar ölkələrin bu sazişə qoşulması da əslində, mühüm nəticə verməyəcək. Hansı ölkə qoşulursa qoşulsun, bu, sadəcə olaraq üzv dövlətlərin sayının artırılmasına xidmət edən bir addımdır. Azərbaycan gələcəkdə bu sazişə qoşula bilər, belə bir ehtimal istisna deyil. Amma mən düşünmürəm ki, bunun nə Azərbaycana, nə də Yaxın Şərq ölkələrinə hansısa real təsiri olsun. Çünki bu, hərbi və ya siyasi ittifaq deyil, sadəcə diplomatik xarakter daşıyan bir razılaşmadır. Bu sənədin müəyyən müddəaları var və istənilən ölkənin qoşulması sadəcə diplomatik gediş kimi qiymətləndirilə bilər. Ola bilər ki, gələcəkdə başqa dövlətlər də bu sazişə qoşulsun, amma bu, böyük strateji əhəmiyyət kəsb etmir”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Noyabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri