Qazaxıstan Məclisi TDT çərçivəsində fəlakətlərə birgə reaksiya verilməsinə dair sazişi nəzərdən keçirib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Astana, 28 yanvar, AZƏRTAC
Qazaxıstan Respublikası parlamentinin Məclisi plenar iclasda “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin yaradılmasına dair Sazişin təsdiqlənməsi haqqında” qanun layihəsinə baxıb.
AZƏRTAC Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, fövqəladə hallar nazirinin müavini general-mayor Kegen Tursınbayev qanun layihəsinin əsas müddəaları barədə məruzə ilə çıxış edib. O qeyd edib ki, sənəd fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq üçün effektiv beynəlxalq mexanizm yaratmağı hədəfləyir.
Saziş təbii fəlakətlərə birgə reaksiya vermək, zərər çəkmiş ölkələrə qarşılıqlı yardım göstərmək və xilasetmə bölmələrinin peşəkar potensialını inkişaf etdirmək üzrə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin səylərini birləşdirmək üçün mülki müdafiə mexanizminin yaradılmasını nəzərdə tutur.
Dəstək zərər çəkmiş dövlətin xahişi ilə könüllü əsasda göstəriləcək və yardımla bağlı qərarlar konsensus yolu ilə qəbul ediləcək.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 28 Yanvar 2026 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















