Azərbaycan və Qazaxıstan TDT çərçivəsində dövlət qulluğunda testologiya sahəsində əməkdaşlığı möhkəmləndirir AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Astana, 23 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi və Qazaxıstan Respublikasının Dövlət Qulluğu İşləri üzrə Agentliyi Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyəti çərçivəsində dövlət qulluğunda testologiya sahəsində təcrübə mübadiləsinin aparılması barədə razılığa gəliblər.
AZƏRTAC bu barədə Qazaxıstanın Dövlət Qulluğu İşləri üzrə Agentliyin mətbuat xidmətinə istinadla xəbər verir.
Bu günlərdə Dövlət Qulluğu İşləri üzrə Agentliyin və Qazaxıstan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əməkdaşlarının iştirak etdiyi xüsusi təlim seminarı təşkil olunub. Təlim zamanı dəvət olunmuş məruzəçilər test tapşırıqlarının hazırlanması, qiymətləndirilməsi, təsnifatı və test sual banklarının formalaşdırılması üzrə nəzəri və praktiki təcrübəni təqdim ediblər.
Qeyd edək ki, TDT çərçivəsində üzv dövlətlərin səlahiyyətli orqanları arasında insan resurslarının idarə edilməsi sahəsində fəal qarşılıqlı əlaqə mövcuddur.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 23 Dekabr 2024 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















