Qazaxıstan ordusunun arxa cəbhə təminatının modernləşdirilməsi məsələsi müzakirə olunub
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.
Qazaxıstanda son silahlı qarşıdurmalar fonunda dəyirmi masa iclasında arxa cəbhə təminatı məsələləri müzakirə olunub.
AZƏRTAC Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, müdafiə nazirinin arxa cəbhə və hərbi infrastruktur üzrə müavini general-leytenant Kanış Abubakirovun rəhbərliyi altında keçirilən iclasda iştirakçılar mövcud vəzəziyyəti, Quru Qoşunlarının, Hava Hücumundan Müdafiə Qüvvələrinin və Hərbi Dəniz Qüvvələrinin arxa cəbhə təminatının inkişaf etdirilməsinin perspektivlərini müzakirə ediblər.
Qeyd olunub ki, Arxa Cəbhə Rəisi İdarəsinin fəaliyyətinin səmərəliliyinin artırılmasında maddi-texniki vasitələrin uçotunun rəqəmsallaşdırılması mühüm amildir.
Görüş zamanı xarici ölkə ordularının təcrübəsi əsasında döyüş əməliyyatları zamanı bölmələrin təminatının logistikasının təşkilinin özəllikləri təhlil edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 10 Fevral 2025 22:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















