Qırğızıstanla Qazaxıstan arasındakı müttəfiqlik əlaqələri müzakirə olunub
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Qırğızıstanın xarici işlər naziri Cinbek Kulubayevlə Qazaxıstanın baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleu arasında Astanada görüş keçirilib.
"Cebheinfo.az" “Report”-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər siyasi dialoqun möhkəmlənməsi və çoxşaxəli qarşılıqlı fəaliyyətin genişlənməsi ilə səciyyələnən ikitərəfli əməkdaşlığın yüksək dinamikasını diqqətə çatdırıblar.
Nurtleu vurğulayıb ki, dövlət başçılarının siyasi iradəsi sayəsində Qazaxıstan və Qırğızıstan arasındakı münasibətlər qarşılıqlı fəaliyyətin keyfiyyətcə yeni səviyyəsinə yüksəlib.
"Qazaxıstan qarşılıqlı hörmət, etimad və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında qardaş Qırğızıstanla müttəfiqlik əlaqələrinin hərtərəfli dərinləşdirilməsinə qətiyyətlə sadiqdir", - Nurtleu bildirib.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 02 Avqust 2025 23:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















