Qazaxıstan səfiri Azərbaycanın diplomatik missiyasını ziyarət edərək başsağlığı verib
Icma.az, Report.az portalına istinadən məlumat yayır.
Qazaxıstanın Kanadadakı səfiri Dauletbek Kussainov Aktaudakı təyyarə qəzası ilə əlaqədar Azərbaycan səfirliyini ziyarət edərək başsağlığı verib.
“Report” xəbər verir ki, bu barədə Qazaxıstanın Ottavadakı səfirliyinin mətbuat xidməti bildirib.
“Səfir Kussainov Aktauda “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində günahsız insanların həlak olması ilə əlaqədar başsağlığı kitabına ürək sözlərini yazmaq üçün Azərbaycan səfirliyinə baş çəkib. Bu çətin dövrdə dualarımız qurbanların ailələri ilədir”, – diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd olunub.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 27 Dekabr 2024 03:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















