Icma.az
close
up
RU
Qazaxıstan və Gürcüstan nəqliyyat logistika sahəsində əməkdaşlığı genişləndirir

Qazaxıstan və Gürcüstan nəqliyyat logistika sahəsində əməkdaşlığı genişləndirir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Astana, 17 oktyabr, AZƏRTAC

Astana şəhərində “Qazaxıstan temir jolı” milli şirkətində (“Qazaxıstan Dəmir Yolları” ASC) “Gürcüstan Dəmir Yolu” ASC-nin, Gürcüstan liman və terminal şirkətlərinin (“APM Terminals”, “Pace Georgia”), eləcə də Qazaxıstanın yükdaşıma şirkətlərinin nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, “Qazaxıstan temir jolı” ASC-nin məlumatına görə, görüş dialoq formatında təşkil olunub və məqsəd Qazaxıstan ilə Gürcüstan arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də daşımaların səmərəliliyinin artırılması olub.

Müzakirələrin əsas mövzularını ixrac daşımalarının təşkili, yük axınlarının proqnozlaşdırılması, habelə dəmir yolu administrasiyaları ilə yükdaşıyıcılar arasında sabit və sistemli qarşılıqlı əlaqənin qurulması məsələləri təşkil edib.

Dəyirmi masada bu istiqamət üzrə neft və neft məhsulları, qara və əlvan metallar, taxıl və digər məhsullar ixrac edən Qazaxıstanın ən iri şirkətləri iştirak edib. Çıxış edənlər vurğulayıblar ki, Gürcüstan istiqamətində həyata keçirilən daşımalar Qazaxıstanın logistika sistemində, xüsusilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TMTM) çərçivəsində xüsusi əhəmiyyət daşıyır.

Bildirilib ki, cari ilin doqquz ayı ərzində Qazaxıstan ilə Gürcüstan arasında daşımaların həcmi təxminən 2,85 milyon ton təşkil edib. Bunun 2,1 milyon tondan çoxu Gürcüstan ərazisi vasitəsilə ixrac marşrutu üzrə daşınan yüklərin payına düşüb.

Qazaxıstan taxılının daşınmasında 80 dəfə artım (3 mindən 240 min tona qədər) qeydə alınıb, əlvan metalların daşınma həcmi isə 10 faiz artıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 02:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri