Qazaxıstan və Çin nəqliyyat logistika sahəsində əməkdaşlığı genişləndirir
Icma.az bildirir, Avtosfer -ə əsaslanaraq Qazaxıstan və Çin nəqliyyat logistika sahəsində əməkdaşlığı genişləndirir.
Almatıda keçirilmiş birgə biznes-forumda Qazaxıstan və Çin arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, tədbirdə hər iki ölkədən 80 nəfərə yaxın nümayəndə iştirak edib.
Qazaxıstanın İş adamları Milli Palatasının Rəyasət heyətinin sədri Rayımbek Batalov qeyd edib ki, Çin ölkənin əsas ticarət tərəfdaşına çevrilib və ölkəyə yatırım edən dövlətlər arasında beşinci yerdədir.
2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 30,1 milyard dollar təşkil edib.
Çinin Qazaxıstandakı səfiri Xan Çunlin isə bildirib ki, ötən illər ərzində ölkələr sistemli logistika şəbəkəsini yarada və Qazaxıstan ərazisindən keçməklə, Çin və Avropa arasında konteyner daşımalarını təşkil edə biliblər.
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)