Qazaxıstan Xəzər dənizi sahilində böyük layihələr həyata keçirir
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Qazaxıstan Xəzər dənizi sahilində yeganə dəniz qapısı olan Manqistau vilayətində limanlar, yük terminalları, avtomobil yolları və hava limanları da daxil olmaqla 24 infrastruktur layihəsi həyata keçirir.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Belə ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizi sahilində yerləşən Manqistauya işgüzar səfər edib.
Səfər zamanı Tokayev ölkənin tranzit potensialının inkişafında mühüm rol oynayan Aktau Beynəlxalq Dəniz Limanına baxış keçirib. Nəqliyyat naziri Marat Karabayev Tokayevə regionun nəqliyyat və logistika infrastrukturunun inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.
Prezident Tokayev həmçinin Manqistaunun Avrasiyanın nəqliyyat və logistika mərkəzinə çevrilməsində strateji rolunu qeyd edib və Kenderli hava limanının tikintisinin sürətləndirilməsi ilə bağlı tapşırıqlar verib.
Əli Hüseynov
Baxış sayı:106
Bu xəbər 18 Aprel 2025 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















