Qazaxıstanda 1918 ci il macar hərbi əsirlərinin məzarlıqları aşkarlanıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Astana, 12 may, AZƏRTAC
Qazaxıstanın Pavlodar vilayətində yerləşən Ekibastuz şəhərindəki “Boqatır” açıq kömür mədənində 1918-ci ilə aid macar hərbi əsirlərinin məzarlıqları aşkarlanıb.
AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, bu barədə Pavlodar vilayətində arxeoloji ekspedisiyaların iştirakçısı İvan Truxin məlumat verib.
Onun sözlərinə görə, aşkarlanan qalıqlar XX əsrin əvvəllərində Ekibastuz kömür mədənlərində qazmaçı işləmiş macar hərbi əsirlərə məxsusdur. Qazmaçıların dəfn olunduğu yerdə arxeoloqlar qalıqları müəyyən etmək və tarixi sənədləri öyrənmək üçün iş aparırlar.
Mütəxəssis qeyd edib ki, tədqiqatların təhlükəsizliyini təmin etmək və tapıntının tarixi dəyərini qorumaq üçün məzarlığın aşkar edildiyi ərazidə yatağın işlənməsi üzrə işlər müvəqqəti dayandırılıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 12 May 2025 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















