Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Qazaxıstanın Manqistau vilayətində, Xəzər dənizinin akvatoriyasında, Ataş çimərliyi yaxınlığında yağ ləkələri aşkarlanıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Ləkələrin aşkarlanması barədə məlumat avqustun 8-də daxil olub. Manqistau vilayətinin Ekologiya Departamentinin mütəxəssisləri Ataş çimərliyində və Xəzər dənizinin ona bitişik akvatoriyasında monitorinq aparıblar.
Monitorinq zamanı dəniz suyundan nümunələr götürülərək laboratoriya müayinəsinə göndərilib.
Hazırda Ataş çimərliyi ərazisində və ona bitişik dəniz akvatoriyasında monitorinq işləri davam etdirilir.
Ekoloqlar dənizdə fəaliyyət göstərən gəmilərin heyətlərinə ekoloji tələblərə ciddi riayət etməyin və neft məhsullarının dəniz suyuna düşməsinə yol verməməyin vacibliyini xatırladıblar.
Vəziyyət Manqistau vilayətinin Ekologiya Departamentinin nəzarətindədir.(azərac)
Baxış sayı:160
Bu xəbər 10 Avqust 2026 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















