Icma.az
close
up
RU
Qazaxıstanda Beynəlxalq Endocərrahiyyə Konqresi keçirilir

Qazaxıstanda Beynəlxalq Endocərrahiyyə Konqresi keçirilir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Astana, 19 iyun, AZƏRTAC

Qazaxıstanın Aktau şəhərində Xəzər regionu və Mərkəzi Asiya üzrə II Müxtəlif ixtisaslı Endocərrahiyyə Konqresinin rəsmi açılış mərasimi keçirilib.

AZƏRTAC Mangistau vilayəti icra orqanının mətbuat xidmətinə istinadla xəbər verir ki, konqresdə Qazaxıstan, Türkiyə, Azərbaycan, Rusiya, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Monqolustanın aparıcı cərrah və tibb alimləri iştirak ediblər.

Mərasim zamanı Mangistau vilayətinin başçısı Nurdaulet Kilıbay beynəlxalq konqresin daimi əsaslarla Aktauda keçirilməsini təklif edib.

Konqres çərçivəsində Qazaxıstanın və xarici ölkələrin aparıcı cərrahları Mangistau Regional Xəstəxanasında rayon sakinləri üçün 30-dan çox mürəkkəb endoskopik əməliyyat həyata keçiriblər.

Qeyd edək ki, konqresdə endocərrahiyyənin müxtəlif sahələrinə dair elmi məruzələr təqdim ediləcək, yüksək texnologiya əsasında laparoskopik əməliyyatların 3D HD, ICG və 4K formatlarında canlı yayımları həyata keçiriləcək. Bundan əlavə, uşaq, qadın, uroloji, abdominal və endokrin cərrahiyyə üzrə dəyirmi masalar, müzakirələr, treninqlər, simulyasiya təlim sessiyaları və ustad dərsləri nəzərdə tutulub.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 İyun 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri