Qazaxıstanda Ümumdünya İnklüziv Təhsil Konqresi keçiriləcək
Icma.az bildirir, Azertag portalına istinadən.
Astana, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 15-dən 17-dək Almatıda təhsil sahəsində ən böyük beynəlxalq tədbir - Ümumdünya İnklüziv Təhsil Konqresi keçiriləcək.
AZƏRTAC Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyinə istinadla xəbər verir ki, forum inklüziv təhsil sahəsində aparıcı dünya ekspertlərini və təcrübəçiləri bir araya gətirəcək.
Konqresdə 40 ölkədən 1200-dən çox nümayəndənin - nazirlərin, beynəlxalq ekspertlərin, BMT-nin, UNESCO-nun, aparıcı universitetlərin və tədqiqat institutlarının nümayəndələrinin iştirakı gözlənilir.
Tədbirin əsas nəticəsi qlobal miqyasda inklüziv siyasətin gələcək inkişafı üçün strateji istiqamətləri müəyyən edən beynəlxalq sənədin - İnklüziv Təhsil üzrə Almatı Bəyannaməsinin müzakirəsi olacaq.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 13 Oktyabr 2025 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















